Günə gözəl başla...
Yusif Nəzərli
14:37 02.10.2021
Sağlamlıq
796
Türkiyədə adambaşına bir kiloqram qəhvə istehlakı düşür
Neftdən sonra dünyada ən çox ticarət dövriyyəsi olan ikinci məhsul qəhvədir. Qəhvə hər zaman olduğu kimi bu gün də gündəlik həyatın əsas elementlərindən biri sayılır. Türk mədəniyyətində də qəhvənin çox böyük önəmi və yeri var. Dünyaya yayılmasına görə də qəhvə əslində türklərə borcludur.
Rəvayətə görə ilk olaraq Efiopiyada bir çobanın kəşf etdiyi bu ləzzət oradan Yəmənə, sonra İstanbula, İstanbuldan da Vyana vasitəsilə bütün dünyaya yayılıb. Günə gözəl başlamaq üçün bu içki əvəzsiz hesab edilir. Qəhvənin tarixi qədim olduğu qədər, növləri də çox müxtəlifdir. Bu ləzzətli içki istehsalçı ölkələrdən və qəhvə mədəniyyətinin tarixən inkişat etdiyi bölgələrdən daha çox soyuq coğrafiyalarda istifadə olunur. Məsələn, Norveç və İsveç kimi ölkələr qəhvə istehlakında ilk sıralarda yer alır. İtaliya, İsveçrə, Fransa, Avstriya, Yunanıstan, Suriya və təbii ki, Türkiyə də qəhvə mədəniyyətinin ön sıralarda olduğun ölkələrdəndir. Türk qəhvəsinin önəmli bir hissəsi Braziliyada yetişən qəhvə çəyirdəyindən əldə edilir. Qəhvənin ana vətəni sayılan Efiopiyada bu içki önəmli bir yerə sahibdir və dövlət mühafizəsi altındadır. Efiopiya qəhvəsi dünyada ən çox tələbat olan qəhvə növüdür. Kəskin dadı və güclü qoxusu ilə bu qəhvə növü, xüsusilə səhərlər günə gümrah başlamaq istəyənlər üçün uyğun seçimdir.
Orta əsrlərdə qəhvədən müalicə məqsədilə istifadə olunub. Qaynadılmış qəhvənin suyundan tibbdə yaralanırdılar. Həbəşistanda isə, qəhvəni xəmirə qarışdırıb çörək bişirirdilər. Avropa təbibləri qəhvənin şəfaverici gücündən danışmağa başladılar. Tarixi qaynaqlarda qəhvənin Efiopiyadan dərvişlər vasitəsilə Məkkəyə daşındığı və yayıldığı, oradan da Şam və Hələbə gedib çıxdığı bildirilir.
Türkiyədə ilk qəhvəxanalar İstanbulda 15-16-cı əsrlərdə açılıb. Qanuni Sultan Süleyman dövründə qəhvə imperiya ərazisində geniş yayılmağa başlayıb. Qəhvəxanalar sosiallaşmaq üçün uyğun mühit yaratdığından müəyyən dövrlərdə qadağalarla da üzləşib. Osmanlı Sultanı IV Murad dövründə tətbiq olunan bu qadağalar uzunmüddətli olmayıb. Qəhvə qadağaları təkcə Osmanlı ilə yekunlaşmayıb. Roma Papası qəhvəni “şeytan şorbası” adlandıraraq Avropada qadağan edib.
Hazırda Türkiyədə illik qəhvə isteklakı 100 min tona yaxındır. Adambaşına bir kiloqram qəhvə istehlakı düşür. Qadınlar kişilərə nisbətən daha çox qəhvə içirlər. Müntəzəm qəhvə içənlər həftədə təxminən 8 fincan qəhvə qəbul edirlər.
Qəhvə diplomatiyada da böyük rol oynayır. Mühüm görüşlərdə iştirak edən tərəflərə qəhvə təqdim edilməklə daha səmimi ortam, xoş aura yaradılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu: İran məsələsində ABŞ-la tam koordinasiyadayıq
21:52 24.04.2026
Dünya
Kreml açıqladı: Putin ABŞ-a gedə bilər
20:29 24.04.2026
Gündəm
Rusiya və Çin müdafiə nazirləri əməkdaşlığı müzakirə ediblər
20:04 24.04.2026
Dünya
İsrail ordusu “Hizbullah” mövqelərinə zərbələr endirib
19:55 24.04.2026
Dünya
Dünyanın zirvəsinə gedən yolda gözlənilməz maneə
19:54 24.04.2026
Dünya
İran üç ölkəyə uçuşları bərpa edir
19:48 24.04.2026
Region
Lavrov: Qərb Rusiyaya müharibə elan edib
19:48 24.04.2026
Dünya
Qəhvə içib yatsanız nə olar? - ARAŞDIRMA
19:40 24.04.2026
Sağlamlıq
Məşhur müğənni Ərdoğana görə istintaqa çağırıldı
19:34 24.04.2026
Şou
Aİ səfiri Gürcüstan XİN-ə çağırılacaq
19:19 24.04.2026
Cənubi Qafqaz
Kosta: Aİ İrana qarşı sanksiyaların ləğvi perspektivini görmür
19:11 24.04.2026
Dünya
ABŞ müdafiə naziri: Hərbçilərimiz Nobel Sülh Mükafatını almalıdır
19:03 24.04.2026
Dünya
Netanyahu prostat xərçənginə görə əməliyyat olundu
18:56 24.04.2026
Dünya
Ukrayna AB-yə dərhal qoşula bilməz - Merz
18:33 24.04.2026
Dünya