Məni tez aparata qoşdular. Sonra məsləhət bildilər ki, məni Gömrük Hospitalına aparsınlar. Saturasiya (qanda oksigenin miqdarı – red) normal adamda 90-dan yuxarı olmalıdır, məndə 5-ə düşmüşdü. Mənim oradakılara can borcum var. Düzdür, ölüm haqdır, mən ölümə də yüksəkdən baxıram, amma çalışmalıyıq ki, koronavirusdan az itki verməklə çıxaq.
"Heç kim virusla zarafat eləməsin"
Turan
06:22 28.04.2021
Sağlamlıq
638
Rəşid Mahmudov:"Əksər xəstəxanalarda vəziyyət qaneedici deyil, təchizat zəifdir, dərman tapılmır"
“Koronavirusa yoluxandan sonra ev şəraitində müalicə almaq istədim. Çünki həyat yoldaşım həkimdir. Amma sonra vəziyyətim pisləşdi”. Bunu “Şərq TV”də çıxış zamanı tibb elmləri namizədi Rəşid Mahmudov deyib. Həkim bildirib ki, halı pisləşəndən sonra “Caspian” hospitalına gətirilib:
“Məlum oldu ki, ağciyərimin biri 35 faiz, digəri isə 45 faiz qidalanması yoxdur.
Məni tez aparata qoşdular. Sonra məsləhət bildilər ki, məni Gömrük Hospitalına aparsınlar. Saturasiya (qanda oksigenin miqdarı – red) normal adamda 90-dan yuxarı olmalıdır, məndə 5-ə düşmüşdü. Mənim oradakılara can borcum var. Düzdür, ölüm haqdır, mən ölümə də yüksəkdən baxıram, amma çalışmalıyıq ki, koronavirusdan az itki verməklə çıxaq.
Heç kim virusla zarafat eləməsin. Mən də yoluxmuşam, bilirəm, çox ağır xəstəlikdir. Bu xəstəlikdən ölənlər şəkəri və qan təzyiqi olanlardır. Əksər xəstəxanalarda vəziyyət qaneedici deyil, təchizat zəifdir, dərman tapılmır. Preparatlar çox bahadır, yüz manata dərman olarmı? Ay ərzində istifadə olunan dərmanlar var. Görün, bir insana müalicə üçün nə qədər pul lazımdır”.
R.Mahmudov vurğulayıb ki, Azərbaycanda virusologiya elmi ilə məşğul olan peşəkar alimlər, infeksionistlər var:
“Amma heç birinə efirə çıxmağa, virusla bağlı danışmağa imkan vermirlər. Suallara onlar cavab verməlidir. Yaxşı həkimlərimiz çoxdur. Əfsuslar olsun ki, hər sahədə, peşədə zəif, qabiliyyətsiz adamlar da var. Rüşvət alan, korrupsiyaya bulaşmış həkimlərə nifrət edirəm. Bir həkim ki, insanın sağlamlığından sui-istifadə edərək pul qazanmaq istəyir, bu, insanlıqdan kənardır. Olmaz belə şey”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə