Rusiyanın Səhiyyə Nazirliyinin baş ştatdankənar kardioloqu, Rusiya Elmlər Akademiyasının akademiki Sergey Boytsov insultun əsas əlamətlərini açıqlayıb.
Həkimin sözlərinə görə, insult zamanı nitq pozula, üzün bir tərəfi əyilə, qol və ya ayaq, yaxud hər ikisi eyni vaxtda hərəkətsiz qala bilər. Bu əlamətlər müşahidə olunduqda dərhal təcili tibbi yardım çağırılmalı və xəstə ən yaxın damar mərkəzinə çatdırılmalıdır.
Boytsov həmçinin adi fiziki yük zamanı təngnəfəslik, ayaqlarda şişkinlik və arterial təzyiqin yüksəlməsinin də həkimə müraciət tələb edən əlamətlər olduğunu bildirib.