Hər il 65 min uşaq ölür
Yusif Nəzərli
09:09 10.02.2022
Sağlamlıq
469
Dünyada uşaqların yarısı siqaret tüstüsünə məruz qalır
Siqaretin təkcə onu çəkənlərə deyil, ətrafdakılara – onları passiv siqaret çəkənlər adlandırırlar - zərər vurduğu, siqaret tüstüsünün udulması səbəbindən tənəffüs yolları xərçənginə yaxalandıqları çoxdan təsdiqini tapıb. Ən dəhşətlisi isə budur ki, zərərçəkənlər arasında azyaşlılar üstünlük təşkil edir. “Şərq” “Haber Türk”ə istinadən xəbər verir ki, Dünya Səhiyyə Təşkilatı hər il 65 min uşağın 5 yaşına çatmamış məhz siqaret tüstüsünün qurbanı olduğunu bildirir.
Dünya Səhiyyə Təşkilatı 9 fevral tarixini Siqaretdən İmtina Günü elan edib. Siqaret çəkmək erkən ölüm səbəbləri arasında ilk sıradadır. Siqaretin xərçəngin müxtəlif növləri, ürək-damar xəstəliklərinə səbəb olduğu məlumdur. Siqaret çəkənlər bununla ətraflarında olan insanların da həyatını təhlükəyə atır. Dünyada hər il 8 milyondan çox insan tütün məhsullarının istifadəsi səbəbindən, 1,2 milyon insan isə tütün dumanına məruzqalma səbəbindən həyatını itirir. ÜST-ün məlumatına görə, dünyada uşaqların yarısı siqaret tüstüsünə məruz qalır. Təhlükənin qarşısının alınmasında təkcə qapalı ictimai yerlərdə deyil, açıq ictimai məkanlarda və avtomobillərdə də siqaretdən istifadəyə qadağa qoyulması tövsiyə edilir. Son illərdə istehsal edilən elektron siqaret, “tüstüsüz” tütün məhsulları da eynilə siqaret kimi zərərlidir. Tütün məmulatlarından istifadə iqtisadiyyata da ildə 1,4 trilyon zərər vurur. Koronavirus pandemiyası siqaretdən imtina üçün əsaslı səbəb olsa da, təəssüf ki, gözəntilər özünü doğrultmadı. Siqaret aludəçiləri hətta pandemiyanı də görməzdən gəlirlər və həm özlərini, həm də ətrafdakıları, ailə üzvlərini ölümün qucağına atırlar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens: İranı məğlub etməyin ən yaxşı yolu budur
13:32 21.08.2026
Dünya
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
13:29 21.08.2026
Ekologiya
İsmayıllıda toyda 31 nəfər zəhərlənib - YENİLƏNİB
13:12 21.08.2026
Hadisə
Daşkəsəndə iri qaya parçaları yolu bağlayıb
12:57 21.08.2026
Hadisə
İtlər bu yaşda qocalırlar
12:09 21.08.2026
Maraqlı
Elm dünyası şokda! Yeni orqan kəşf edildi
11:31 21.08.2026
Sağlamlıq
Alyaskada təyyarə qəzaya uğrayıb, 8 nəfər ölüb
10:54 21.08.2026
Dünya
MSK sədri Qazaxıstanda parlament seçkilərini müşahidə edəcək
10:31 21.08.2026
Siyasət
Suren Papikyana qarşı üsyan başlayır
10:28 21.08.2026
Region
KİV: Çin süni intellekt sahəsində ABŞ-yə sürətlə yaxınlaşır
09:57 21.08.2026
Dünya
Vyetnam rusları deportasiya etdi
09:49 21.08.2026
Dünya
Yerdən 23 dəfə ağır qeyri-adi planet aşkarlandı
09:19 21.08.2026
Maraqlı
Dünya bazarlarında neft ucuzlaşıb
09:09 21.08.2026
İqtisadiyyat
Çimərlikdə ilan panikası: Dənizdən sahilə çıxdı
09:01 21.08.2026
Hadisə
Bakının bu küçələrində sıxlıq var - SİYAHI
08:59 21.08.2026
Cəmiyyət
Çiçək xəstəliyinə qarşı peyvəndin izi Osmanlıya gedib çıxır!
08:53 21.08.2026
Sağlamlıq