İndi yayılan viruslar kifayət qədər təhlükəlidir
Yusif Nəzərli
20:27 02.11.2022
Sağlamlıq
788
Professor deyir ki, xəstə uşaqları qətiyyən bağçaya, məktəbə göndərmək olmaz
"Böyüklər də mümkün qədər xəstə halda işə getməməlidir. Bir kollektivin xəstəliyə yoluxması üçün iki nəfər xəstə insan kifayət edir"
Son günlər Bakıda və rayonlarda əhali arasında sürətlə yayılan kəskin qrip virusu artıq hər kəsi narahat edir. Müşahidələr göstərir ki, bu virus adi qriplərdən ağırlıq dərəcəsi ilə xeyli fərqlənir. Qripə yoluxanlar uzun müddət xəstəlikdən canlarını qurtara bilmirlər.
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov isə deyib ki, hazırda Azərbaycan qrip virusuna yoluxma təsdiqlənməyib. Onun sözlərinə görə, hazırda müşahidə olunan xəstəlik kəskin respirator viruslarıdır: "İnsan eyni zamanda həm koronavirusa, həm də qripə yoluxa bilər. Bu zaman daha ağır nəticələrə gətirib çıxara bilər. Hər iki xəstəliyin əsas zərbə vurduğu orqan ağciyərlərdir. Ona görə də vaksinasiya olunmaq lazımdır".
İnfeksionistin sözlərinə görə, qrip virusuna yoluxan zaman iki cür ağırlaşma ola bilər. O deyib ki, ilkin ağırlaşmalar xəstəliyin ilk 3 günündə özünü büruzə verir: "Bu zaman qrip virusu meningit, əzələlərin parçalanması və ürək əzələsinin iltihabına səbəb ola bilər. İkinci ağırlaşma isə xəstəliyinin 4-5-ci sutkasında üzə çıxır. Bu zaman bakterial pnevmaniyalar, orta qulağın, böyrəklərin iltihabı meydana gələ bilər. Qrip həyat üçün təhlükəlidir. Düzdür, böyük əksəriyyətdə bu fəsadlar olmur və öz-özünə keçir. Lakin qripdən ölüm halları da var. Düzdür, koronavirusla müqayisədə daha az olsa da, buna rast gəlinir. Ona görə də buna etinasız yanaşmaq olmaz. Bu infeksiya varsa, işə, dərsə getməməli, evdə müalicə olunmalıyıq".
Tibb eksperti, professor Adil Qeybullanın sözlərinə görə, bu virus A qrupu viruslarına aiddir və kifayət qədər təhlükəlidir. Virus həyatın qeyri-hüceyrəvi formasıdır. O, regenerasiya edərək xassəsini dəyişir və dərmanların bəzən effekti olmur. Viruslar bu xassələrinə görə daim dəyişirlər.
Ona görə də hər il peyda olan qrip virusları özlərini müxtəlif cür aparırlar: “Bəzən biz boğaz ağrısını, öskürək və burun axması ilə müşahidə edilən narahatlıqları ümumi olaraq qrip adlandırırıq. Əslində, qrip virusu, bu xəstəliyin törədiciləri isə ağır epidemiya yarada biləcək qədər ciddi, kütləvi şəkildə ölümlərə səbəb ola biləcək qədər ağır bir xəstəlikdir. Adi zökəm, boğaz ağrısını qrip adlandırmaq düzgün deyil. Mövsümlə bağlı olan və insanlarda yuxarı tənəffüs yollarını zədələyən viruslar var. Bu xəstəliklərin özü, eləcə də gedişatı qrip viruslarından fərqlidir. Xüsusən azyaşlı uşaqların orqanizmi, immuniteti zəif olduğundan tez-tez xəstələnirlər. Valideynlər uşaqlarını bu mövsümi viruslardan qorumaq üçün onları insanların sıx toplaşdığı məkanlara aparmamalıdırlar. İnsanların ən tez çirklənən əzası əlləridir. Tez-tez əllər yuyulmalı, küçəyə çıxan zaman qoruyucu maskalardan istifadə edilməlidir. Xəstə uşaqları qətiyyən bağçaya, məktəbə göndərmək olmaz. Böyüklər də mümkün qədər xəstə halda işə getməməlidir. Bir kollektivin xəstəliyə yoluxması üçün iki nəfər xəstə insan kifayət edir. Bunun kütləvi hal almasının qarşısını almaq üçün həmin şəxslərin mütləq şəkildə evdə qalıb müalicə olunmaları vacibdir”.
A.Qeybullanın sözlərinə görə, əksər insanlar qrip zamanı daha çox antibiotiklərdən istifadə edirlər. Bu, qətiyyən yolverilməzdir: “Antibiotikin virusa qarşı təsiri ümumiyyətlə yoxdur. Sadəcə olaraq, antibiotik immun sistemini daha da zəiflədir. Antibiotik o halda istifadə edilməlidir ki, artıq ağırlaşma var, pnevmaniya var, bakteriyalar fəallaşıb. O halda antibiotik istifadə etmək olar. Antibiotikin hədəfi virus deyil, bakteriyalardır. Ona görə də insanların aptek şəbəkələrindəki müxtəlif dərmanlardan istifadə etmələri məqsəduyğun deyil. Yalnız Parasetamol, Anti-Qrip, Qrip Hot və sair bu kimi tərkibli dərmanları həkim tövsiyəsi ilə qəbul etmək olar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Aİ Rusiyaya qarşı yeni sanksiyaları qəbul etməkdə aciz qala bilər
21:31 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi