
Kərə yağı qızartmada çox istifadə edilməməlidir
Kərə yağı qızartmada çox istifadə edilməməlidir
Yusif Nəzərli
20:22 22.11.2022
Sağlamlıq
1267
Bu, keçmişdən günümüzə gələn yanlış örnəkdir
Adil Qeybulla: “Yağın təkrar istifadəsi kanserogen təhlükə daşıyır və tədricən xərçəngə gətirib çıxarır”
Onkoloqlar insanları düzgün yağlardan düzgün istifadə etməyə çağırır.
Bakupost.az xəbər verir ki, onkoloq Anton İlyina yağda qızartma yeməkləri yeməməyi tövsiyə edir. Onkoloqun sözlərinə görə, bir çox yağları dağ edib, onda yemək bişirmək, ət, kartof qızartmaq orda kanserogen maddənin yaranması və xərçəngə səbəb olur: “Bir qədər təhlükəsiz yağ rafinə olunmuş günəbaxan yağıdır. Çünki o ancaq 200 dərəcədən yuxarı qızdıqda tüstülənir və transyağa çevrilir. Bu dərəcədə də heç kim hazırlamadığı üçün bu yağda qızartmalar etmək olar.
Əti, toyuğu, tərəvəzləri manqal, aeroqril, buxar, soba, peçdə yağsız bişirə bilərsiz.
Bitki yağları soyuq halda faydalı olsa da, tavada qızdırıldıqda zərərli zəhərə çevrilir. Bu yağı qaraciyər parçalayıb paylaya bilmir. Ona görə o, bədəndə, damarlarda yığılaraq, ürək-damar, şəkər, hormonal pozuntu və nəticədə onkoloji xəstəliklərə səbəb olur. Özünüzü qorumaq üçün vaxtında yağ məsələsinə diqqət yetirin”.
Professor Adil Qeybulla da “Şərq”ə açıqlamasında Anton İlyinanın açıqlamasını təsdiqləyib. Yağları yüksək temperaturda isidəndə faydasının itməsinə toxunan professor hesab edir ki, yağ bir dəfə istifadə olunubsa, uzun müddət qaynadılıbsa, tərkibində natamam yanmış maddələr əmələ gəlir: “Bu oksidləşdirici maddələr də kanserogen təhlükə daşıyır və tədricən xərçəngə gətirib çıxarır. Ona görə "fast-food"lar mədə-bağırsaq pozuntularına, çox piylənməyə, onkoloji xəstəliklərə, şəkər xəstəliyinə səbəb olur. Yağın təkrar istifadəsi düzgün deyil. Qızartma yeməklər hazırlanan zaman yağı yandırmaq qəti olmaz. Kərə yağı əslində qızartmada çox istifadə edilməməlidir.

Təbii halda yeyilməsi daha faydalıdır. Çünki qızardılan zaman tərkibindəki vitaminlər ölür. İnsanların çoxu yağları özləri qazda əridirlər və duru kərə yağı əldə edirlər. Bu, keçmişdən günümüzə gələn yanlış örnəkdir. Kərə yağı otaq temperaturunda özü əriməlidir ki, tərkibindəki vitaminlər ölməsin.
Düzdür, kərə yağının dağ edilməsində məqsəd saxlanma müddətini uzatmaqdır. Amma bunu düzgün qaydada etmək lazımdır, çox adam isə yağı yandırıb dağ etdiyini zənn edir. Əgər yağı dağ edərkən tərkibindəki maye düzgün şəraitdə çıxarılırsa, onda yağı uzun müddət otaq temperaturunda da saxlamaq olar. Tərkibində su olan kərə yağı ancaq soyuducuda saxlanmalıdır".
Bitki yağlarına gəldikdə isə A.Qeybulla deyib ki, duru yağları yüksək temperaturda isidəndə faydası itir. "Fast-food" restoranlarında kartof frilərini hazırlamaq üçün yağı saatlarla qaynadırlar və bir yağdan dəfələrlə istifadə edirlər. "Fast-food"la qidalanan isə əsasən uşaq və gənclərdir. Onları bu qidalardan çəkindirmək lazımdır:
"Bu gün istifadə olunan bitki yağlarının əksəriyyəti genetik modifikasiya olunub ki, satış üçün çatdırılsın. Onların nə dərəcədə orqanik olması, digər keyfiyyət xüsusiyyətlərinin də yüksək olması sual altındadır.
Ona görə təmiz kərə yağından istifadə etmək ən düzgün həyat tərzi sayılır. Amma yeyib yatmamaq şərtilə. Maddələr mübadiləsinin düzgün inkişafı üçün fiziki aktivlik lazımdır.
Faydalılıq baxımdan kərə yağı daha üstün hesab olunur. Kütləvi idmana meyillənmək və sağlam həyat fəlsəfəsi qurmaq birinci amildir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Aİ Rusiyaya qarşı yeni sanksiyaları qəbul etməkdə aciz qala bilər
21:31 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi