Korona yaşlanmanı sürətləndirir
Yusif Nəzərli
07:03 05.10.2021
Sağlamlıq
329
Araşdırmaya görə xəstəliyi keçirən insanların beyin və yaddaşında dəyişiklik baş verir
İngiltərədə aparılmış bir araşdırmaya görə, "Covid-19" beyinin daralmasına səbəb olur. "Şərq" xarici mətbuata istinadən xəbər verir ki, aparılan araşdırma zamanı məlum olub ki, koronavirusdan əvvəl və sonra insanların beyin görüntüləri fərqli olur. Tədqiqat zamanı 45 min insanın beyin görüntüləri analiz edilib. Araşdırma nəticəsində yoluxanlarla yoluxmayanlar arasında əhəmiyyətli fərqlərin olduğu görülüb.
Bu fərqlərin daha çox beyində məlumatı işləyən neyronlardan ibarət boz maddə adlanan toxumada olduğu müəyyən edilib. Müayinə nəticəsində frontal və temporal loblar olaraq bilinən beyin bölgələrindəki boz maddə toxumasının qalınlığının digər qrupa nisbətən "Covid-19" olan qrupda daha incə olduğu görülüb. Tədqiqatçılar xəstəxanaya yerləşdirilən ağır xəstələrlə daha yüngül bir koronavirus xəstəsi olanları müqayisə etdikdə nəticənin eyni olduğunu aşkarlayıblar.
Yəni çox ağır koronavirusu olan və ya xəstəxanaya yerləşdirilən insanların beyin həcmindəki dəyişiklik, yüngül koronavirusu olan insanlarda da eynidir. Ümumiyyətlə, mütəxəssislərə görə, insanlar yaşlandıqca zamanla boz maddə kimi tanınan sahənin həcminin dəyişməsi olduqca normaldır.
Ancaq normal olmayan şey, bu araşdırmada müşahidə olunan insanların beyin həcmindəki dəyişikliyin koronavirus səbəbiylə normadan daha böyük olmasıdır. Xülasə, koronavirusa yoluxmuş insanlar bu xəstəliyi yüngül şəkildə keçirməsinə baxmayaraq beyin həcmində itkilərin olduğu müəyyən edilmişdir. Bəs beyin həcmindəki dəyişiklik nə deməkdir? Tədqiqatçılara görə, "Covid-19"-dan təsirlənən bütün beyin bölgələri qoxu ilə əlaqədar siqnal ötürən beynin ön hissəsinə yaxınlığında olan qoxu ampulu ilə bağlıdır. Açıqlamaya görə, yaddaş və idrak proseslərindəki hipokamp vəziyyətini nəzərə alsaq, tapıntıların insanların yaşlanma prosesində əhəmiyyətli rol oynayacağı ehtimalı yüksək görünür.
Bu araşdırma zamanı əhəmiyyətli bir nöqtə olan insanların qoxu hissinin itkisinə necə təsir edəcəyi ilə bağlıdır. Çünki Alzheimer araşdırması üçün qoxu hissi də vacibdir. Bəzi məlumatlar, xəstəlik riski olanların qoxu hissinin azaldığını da irəli sürür. Bu vəziyyət COVID-19 ilə əlaqədar dəyişikliklərin uzunmüddətli təsiri haqqında hər hansı bir nəticə çıxarmağın hələ tez olduğunu göstərir.
Ancaq "Covid-19" ilə əlaqədar beyin həcmi ilə beyin və yaddaşdakı dəyişikliklər arasında mümkün əlaqələrin araşdırılması xüsusilə önəmlidir. Çünki cavabsız suallar da tapıntılar qədər vacibdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu: İran məsələsində ABŞ-la tam koordinasiyadayıq
21:52 24.04.2026
Dünya
Kreml açıqladı: Putin ABŞ-a gedə bilər
20:29 24.04.2026
Gündəm
Rusiya və Çin müdafiə nazirləri əməkdaşlığı müzakirə ediblər
20:04 24.04.2026
Dünya
İsrail ordusu “Hizbullah” mövqelərinə zərbələr endirib
19:55 24.04.2026
Dünya
Dünyanın zirvəsinə gedən yolda gözlənilməz maneə
19:54 24.04.2026
Dünya
İran üç ölkəyə uçuşları bərpa edir
19:48 24.04.2026
Region
Lavrov: Qərb Rusiyaya müharibə elan edib
19:48 24.04.2026
Dünya
Qəhvə içib yatsanız nə olar? - ARAŞDIRMA
19:40 24.04.2026
Sağlamlıq
Məşhur müğənni Ərdoğana görə istintaqa çağırıldı
19:34 24.04.2026
Şou
Aİ səfiri Gürcüstan XİN-ə çağırılacaq
19:19 24.04.2026
Cənubi Qafqaz
Kosta: Aİ İrana qarşı sanksiyaların ləğvi perspektivini görmür
19:11 24.04.2026
Dünya
ABŞ müdafiə naziri: Hərbçilərimiz Nobel Sülh Mükafatını almalıdır
19:03 24.04.2026
Dünya
Netanyahu prostat xərçənginə görə əməliyyat olundu
18:56 24.04.2026
Dünya
Ukrayna AB-yə dərhal qoşula bilməz - Merz
18:33 24.04.2026
Dünya