
Koronavirus artıq ciddi təhlükə deyil
Yusif Nəzərli
03:20 08.04.2022
Sağlamlıq
1056
Yaxın günlərdə Azərbaycanda da bütün məhdudiyyətlər aradan qaldırılacaq
Mərdan Əliyev: "Sözün açığı, bir həkim olaraq maska tələbinin tamamilə ləğv olunmasının tərəfdarı deyiləm. Yaxşı olar ki, maskalar müəyyən yerlərdə qalsın"
Dünyanın bir sıra ölkələrində koronavirus infeksiyasına görə tətbiq olunan bəzi məhdudiyyətlər aradan qaldırılıb. Qalan ölkələr isə qısa müddətdə bu məhdudiyyətləri ləğv etməyə və ya əhəmiyyətli dərəcədə yumşaltmağa hazırlaşır.
Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze də "Rustavi 2" telekanalına açıqlamasında bu məsələyə toxunub. Koronavirusun kəskin mərhələsinin artıq başa çatdığını vurğulayan A.Qamkrelidze ehtimalına görə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) böyük ehtimal ki, bu il pandemiyanın başa çatdığını elan edəcək: “Dünyanın bütün əsas beynəlxalq təşkilatlarının proqnozlarına görə, bu sabitləşmə davam etməlidir. Pandemiyanın tam başa çatdığı ÜST tərəfindən elan edilməyib, lakin strateji sənəddə qeyd edildiyi kimi, onun kəskin mərhələsi başa çatmaq üzrədir.
Qeyd edək ki, Azərbaycanda pandemiya ilə bağlı bir çox qadağalar aradan qaldırılsa da bəzi məhdudiyyətlər hələ də qüvvədə saxlanılıb. Ölkə vətəndaşlarının böyük əksəriyyəti səbirsizliklə qapalı məkanlara girişlərdə COVID-19 pasportlarının təqdim olunması, qapalı yerlərdə maskadan istifadə və digər məhdudiyyətlərində ləğv olunması qərarını gözləyir.
Bir qrup şəxslər isə maska və COVID pasportu ilə bağlı tələbin birdəfəlik aradan qaldırılmasının tərəfdarı deyil. Onların fikrincə, bu tezlikdə bütün qadağaları ləğv etmək ölkəmiz üçün yenidən ağır nəticələrə səbəb ola bilər. İnsanlarımız elə düşünəcəklər ki, hər şey bitib və keçmişdəki adətlərə qayıtmaq olar. Bu isə yenidən ölkəmizdə yoluxma sayının artması ilə nəticələnə bilər.

İnfeksionist-hepatoloq Mərdan Əliyev “Şərq”ə açıqlamasında bildirib ki, pandemiyanın bitməsi rəsmi olaraq elan edilmədiyi üçün ölkəmizdə sanitar-epidemioloji nəzarəti ehtiyatda saxlamaq üçün müəyyən tədbirlər planı həyata keçirilir:
“Koronovirusa yoluxma sayında enmələr müşahidə edilsə də, görünür, aidiyyəti qurumlar məhdudiyyətləri aradan qaldırmağa ehtiyat edir. Amma bir həkim olaraq indiki şərtlərdə məhdudiyyətlərin saxlanılmasına ehtiyac olmadığını düşünürəm. İnsanlarımızda kollektiv immunitet formalaşıb və koronavirus artıq bizim üçün ciddi təhlükə deyil. Çox güman ki, yaxın zamanlarda qüvvədə olan məhdudiyyətlər də aradan qaldırılacaq. Sözün açığı, bir həkim olaraq maska tələbinin tamamilə ləğv olunmasının tərəfdarı deyiləm. Yaxşı olar ki, maskalar müəyyən yerlərdə qalsın. Ən azından ictimai nəqliyyata və tibb müəssisələrinə daxil olanda insanlarımız maskadan istifadə etsin. Onsuz da restoranlarda, şadlıq saraylarında insanlar yemək yeyərkən maskalarını çıxardırlar. Həmin obyektlərə daxil olanda maska taxmağın heç bir mənası yoxdur. Dediyim kimi, lokal şəkildə maskadan istifadəni bir ənənə halına çevirmək olar. Yəni tək koronovirusdan yox, adi qrip infeksiyalarından, vərəm və s. kimi yoluxucu xəstəliklərdən qorunmaq üçün əhalinin sıx toplaşdığı yerlərdə maskadan istifadə etmək məqsədəuyğundur. Bu isə bizim üçün bir məhdudiyyət yox, könüllü ənənə halını almalıdır”.
Peyvənd məsələsinə gəldikdə isə həkim hesab edir ki, yalnız risk qrupuna daxil olan və yanaşı xəstəliyi olan şəxslər müəyyən vaksin dozalarını ala bilər. Əhalidə kollektiv immunitet formalaşdığı üçün insanlardan "Covid" pasportunun tələb olunması mənasızdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mark Rutte: Kırım körpüsünə hücumun uğurlu olduğu görünür
20:18 17.11.2026
Gündəm
Co Bayden: 2008-ci ildə Ukraynaya verilən vəd vaxtından əvvəl idi
20:10 17.11.2026
Gündəm
Bakıda ögey qardaşı 23 yaşlı qadını bıçaqlayaraq öldürüb
19:48 17.11.2026
Hadisə
Baxçalıdan sosial mediaya məhdudiyyət çağırışı: “Artıq vaxtıdır”
19:41 17.11.2026
Gündəm
İranın Qeşm adasında partlayışlar baş verib
19:12 17.11.2026
Aktual
Məşhur şadlıq saraylarında nöqsanlar: Mal əti əvəzinə...
19:01 17.11.2026
Sosial
Sumqayıtda "Embawood"un anbarında ölüm hadisəsi olub
18:55 17.11.2026
Hadisə
Alen Simonyan: Katolikos II Qaregin milli təhlükəsizliyə təhdiddir
17:46 17.11.2026
Region
Uşağa qulluğa görə müavinət hüququ... - Yeni qayda
17:44 17.11.2026
Sosial
İranda üç etirazçı edama məhkum edildi
17:26 17.11.2026
Dünya
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
17:24 17.11.2026
İqtisadiyyat
Britaniya TRIPP-in təhlükəsizliyinə töhfə verə bilər - ŞƏRH
17:18 17.11.2026
Aktual