Koronavirus hələ 2 il də bizimlədir: 3-cü doza da vurulacaq
Məlahət Rzayeva
13:16 02.05.2021
Sağlamlıq
926
Koronavirusa yoluxma və ölüm hallarında nəzərəçarpan və pandemiyanın sürətini azaltmağa yetəcək azalma müşahidə edilməzsə, peyvəndləmədə 3-cü dozaya ehtiyac olacaq.
Sherg.az “Milliyet.com”a istinadən bildirir ki, bu barədə Ankara Universiteti Yoluxucu Xəstəliklər kafedrasının başqanı, professor İsmayıl Balık bildirib. İ.Balık “BioNTech”in qurucu ortağı doktor Uğur Şahinin “Peyvəndin yalnız 9 ay, ən geci 12 ay sonra vurulacaq 3-cü dozası qorumanın gücləndirilməsini təmin edəcək” açıqlamasını dəyərləndirən İ.Balık “burada xatırlatma dozası” ifadəsini işlətsək daha doğru olar. Zatən Uğur Şahin də “9 ay, ya 1 il, ya da 2 il sonra “xatırlatma dozası”nın vurula bləcəyini söyləyib. Biz bunun Faza-3 çalışmaları sırasında belə ola biləcəyini demişdik. Faza-3 çalışmalarının təqib edilməsi 2 ilə qədər davam edəcək. Bu 2 ilin sonunda “xatırlatma dozası”nın 2-ci mərhələdə vurulan dozadan neçə müddən sonra vurula biləcəyi də dəqiqləşəcək”, deyib. İ.Balık inaktif (qeyri-fəal, ləng, hərəkətsiz) peyvəndlərdə 3-cü dozanın vurulmasına ehtiyac ola biləcəyini xatırladıb: “Bu cür peyvəndlərdə xatırlatma dozasının daha erkən vurulması gərəkə bilir. Məsələn, peyvəndin 2-ci dozasından 6 ay sonra bir xatırlatma dozası da lazım gələcək. Çünki pandemiya davam etdiyi müddətdə bizim də xatırlatma dozasını vurdurmağa davam etməyimiz gərəkdir. Əgər istifadə edilən peyvəndlər mutant viruslara qarşı təsirsiz və ya az təsirli olacaqsa, biz xatırlatma dozalarını icra etməli olacağıq. Peyvəndlər də mutant viruslara təsir edə biləcək formada istehsal edilməli olacaq”.
Professor bəzi peyvəndlərin zəif orqanizmə malik insanlarda az təsirli olduğunu və ya ümumiyyətlə təsirsiz qaldığını vurğulayaraq deyib ki, xərçəng xəstəliyi səbəbiylə kimyaterapiyası alanlar, bəyrək çatışmazlığı olanlar, həmçinin dializ xəstələrdə 2-ci doza peyvənd təsirsiz qalarsa, belə insanlara 3-cü dozanın vurulmasında fayda var.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çində güclü zəlzələ oldu
19:52 22.10.2026
Dünya
“Naxçıvan Aqroservis” ASC-nin sədri həbs edilib
19:44 22.10.2026
Hadisə
Çinin qərbində 7,1 bal gücündə zəlzələ oldu
19:23 22.10.2026
Dünya
Bakı ilə sülh olmadan sərhəd açılmayacaq - Hasan Oktay
18:25 22.10.2026
Cənubi Qafqaz
Türkiyədə Hüseyn Cavidin “Pyeslər” kitabı nəşr olundu
18:12 22.10.2026
Ədəbiyyat
Birgə məlumat: 25 il əvvəl törədilmiş qətlin üstü açıldı
18:10 22.10.2026
Hadisə
Albaniya parlamentində deputatlar arasında əlbəyaxa dava düşüb
17:52 22.10.2026
Dünya
Ekoloji cinayətlərə görə İrəvan məsuliyyət daşımalıdır - ŞƏRH
17:50 22.10.2026
Gündəm
Keyt Middlton iş başında: Tacını çıxardı, dəbilqəsini taxdı
17:40 22.10.2026
Dünya
Ukrayna əhalisinin sayı 28,5 milyon nəfərə düşdü
17:04 22.10.2026
Dünya
Bakı və Sumqayıtda qripə qarşı peyvəndlənməyə başlanılıb
16:50 22.10.2026
Sağlamlıq
Məhkəmə Kamran Əsədov və Gündüz Abbasova xəbərdarlıq edib
15:56 22.10.2026
Hadisə
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
15:33 22.10.2026
Dünya