Koronavirus və sonsuzluq: Ən çox kişilər diqqətli olmalıdır
Məlahət Rzayeva
13:01 15.08.2021
Sağlamlıq
931
"Təsəvvür edin ki, elə xəstələrimiz var, koronavirusdan sağalıb, amma iybilmə, dadbilmə qabiliyyəti hələ də bərpa olunmayıb"
“COVİD-19”un sonsuzluğa səbəb olması əsas müzakirə predmetinə çevrilib. Bu barədə mütəxəssislər son zamanlar daha çox danışmağa başlayıb. Səhiyyə Nazirliyinin mütəxəssisi, Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının doktorantı Araz İbrahimov da mövzu ətrafında rəy bildirib. Mütəxəssis qeyd edib ki, koronavirusun mənfi təsirlərindən biri də sonsuzluğa səbəb olmasıdır:
“Bu da öz təsdiqini tapıb. Koronavirus infeksiyası həmçinin, ağciyərlər, ürəklə yanaşı, böyrəyə də ciddi ziyan vurur. Alimlərin apardığı araşdırmaların nəticəsinə əsasən koronavirusdan ölən şəxslərin təxminən 32 faizində kəskin böyrək çatışmazlığı aşkar olunub. 3-10 faiz xəstələrdə isə ani böyrək çatışmazlığı qeydə alınır”. A.İbrahimov həmçinin uroloji xəstəlikdən əziyyət çəkən şəxslərin peyvənd olunub-olunmaması məsələsinə də aydınlıq gətirib: “Uroloji xəstəliklərin kəskin dövründə vaksin vurulması məsləhət deyil. Çünki peyvəndin vurulduğu dövrdə böyrək xəstəliyi ilə bağlı yazdığımız dərmanların təsiri barədə geridönüş cavab ala bilmərik. Odur ki, müalicə müddəti bitdikdən sonra peyvənd vurula bilər. Bundan başqa, qan xəstəliyi olan xəstələrə də peyvənd vurulmasını tövsiyə etmirik. Yerdə qalan uroloji xəstələrin peyvənd vurdurması əksinə, daha xeyirlidir. Böyrək köçürülən xəstə əməliyyatdan 6 ay sonra peyvənd vurdura bilər”.
“COVİD-19”-un sonsuzluğa təsiri ilə bağlı həkim-infeksionist Mərdan Əliyevin də fikirlərini öyrəndik:
- Hesab edirəm ki, bu, ciddi elmi araşdırma mövzusudur. Koronavirusun sonsuzluğa səbəb olması, nəzəri cəhətdən mümkündür. O halda ki, virus kişilərdə prostat vəzini zədələmiş olsun, qadınlarda isə ovulyasiya prosesinin pozulmasına səbəb olsun. Yəni yumurtalıqlara təsir etmiş olsun. Amma mümkündür ki, qadınlara nisbətən kişilərə daha çox təsir etsin, çünki kişilərdə harmonlar daha həssasdır. Həm də koronavirusun sonsuzluğa səbəb olması xəstəliyin dərəcəsindən də asılıdır. İnsan ağır, yoxsa orta səviyyədə xəstəlik keçirib, viruslar orqanları zədələyibmi və hansı dərəcədə zədələyib. “COVİD”dən tam sağalan şəxslərdə isə bir müddət sonra bərpaolunma prosesi gedir. Zədələnmiş hüceyrələr də nəticə etibarilə bir müddət sonra bərpa olunur.
M.Əliyev koronavirusun daha çox böyrəklərə təsir etməsinin səbəbinə də aydınlıq gətirdi:
- Böyrəklər orqanizmdə ən həssas orqandır. Bütün xəstəliklərə reaksiya verirlər. Koronavirus bağırsaqları da zədələyir. COVİD-ə yoluxmuş xəstələrdə biz tez-tez ishal hallarını müşahidə edirik. Bu da virusun ağ ciyərlə yanaşı bağırsaq hüceyrələrində də yaşamasıyla bağlıdır. Bəzi xəstələrdə əzələ ağrıları, iybilmə, dadbilmə qabiliyyətinin itməsi müşahidə edilir. Təsəvvür edin ki, elə xəstələrimiz var, koronavirusdan sağalıb, amma iybilmə, dadbilmə qabiliyyəti hələ də bərpa olunmayıb.
Həkim peyvəndlərlə bağlı da bəzi şayiələrin dolaşdığını dedi:
- “COVİD-19”a qarşı peyvəndlərlə bağlı da guya onların sonsuzluğa səbəb olduğu xəbərini yayanlar var. Bu, həqiqət deyil. Vaksin canlı virus deyil, ölü virusdur. O sadəcə bədənə yeridilir ki, orqanizm onu “tanısın” və bədəndə virusa qarşı immunitet formalaşsın. Cansız, ölü hüceyrə artıb çoxalmırsa, necə təhlükəli ola bilər?!
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə