Ölkəyə quş ətinin gətirilməsinə məhdudiyyətlər qoyulub
08:49 09.04.2021
Sağlamlıq
940
O məhsullar üçüncü ölkə vasitəsilə bizim ərazimizə daxil olub
"Yerli bazar və istehsalçıların qorunması üçün ölkəmizə idxal olunan quş əti məhsullarına böyük rüsumlar tətbiq etməyi təklif edirəm"
İki bölgədən Azərbaycana quş ətinin gətirilməsinə məhdudiyyət qoyulub. AQTA-dan verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatını tərəfindən Estoniya Respublikasının Haryumaa (Harju) və Küveyt Dövlətinin Əl Ahmədi (Al Ahmadi) inzibati ərazi vahidlərində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədi ilə OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, Estoniya Respublikasının Haryumaa və Küveyt Dövlətinin Əl Ahmədi inzibati ərazi vahidlərindən bütün növ diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.
Tətbiq olunan məhdudiyyətlə bağlı "Şərq"ə danışan Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bu tədbiri müsbət dəyərləndirir:
"Bu ölkələrdən Azərbaycana ümumiyyətlə quş əti idxal olunmur. Lakin ola bilər ki, üçüncü ölkə vasitəsilə həmin məhsullar bizim əraziyə daxil olsun. Hesab edirəm ki, AQTA bu məsələləri də nəzarətdə saxlayacaq. Belə bir tədbirin görülməsi çox yaxşıdır. Tövsiyə edirəm ki, biznes qurumları da həmin məsələdə son dərəcə ehtiyatlı olsunlar.
Onu da qeyd etmək lazımdır ki, ölkəmizdəki broyler fabrikləri Azərbaycanı tamamilə quş əti ilə təmin etməyi bacarır. Buna görə də yerli bazar və istehsalçıların qorunması üçün ölkəmizə idxal olunan quş əti məhsullarına böyük rüsumlar tətbiq etməyi təklif edirəm.
Hətta Azərbaycanda elə şirkətlər var ki, təzə toyuq ətini adi salafan torbalara bükərək satışa çıxarır. İnsanlar belə məhsullara üstünlük verməlidirlər.
Baxmayaraq ki, onların etiketi yoxdur. Lakin bu məhsullar təzə olmaqla yanaşı bir o qədər də xeyirlidir. Düşünürəm ki, hökumət elə bir siyasət həyata keçirməlidir ki, yerli broyler şirkətləri inkişaf etsin".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə