Orqanizminizi təmizləmək istəyirsiniz? - Bunlardan istifadə edin
Fidan Həmişəyeva
09:13 13.03.2021
Sağlamlıq
782
Xarici mühitdən insan orqanizminə hər gün viruslar, infeksiyalar, parazitlər, toksinlər və s. ziyanlı maddələr və orqanizmlər düşür. Bunun nəticəsində insanın immun sistemi zəifləyir və daha tez-tez və ağır soyuqdəymə xəstəliklərinə tutulur. Allergiyalar, mədə-bağırsaq sistemi pozulmaları inkişaf edir, dərinin, saçların vəziyyəti pisləşir, insan özünü daim yorğun, zəif hiss edir.
“Sherg.az” türk mediasına istinadən orqanizmi təmizləmək üçün müxtəlif vasitələrin diqqətə çatdırır. Bu vasitələrin bir çoxunu ənənəvi tibb də qəbul edir və dəstəkləyir:
- Ən sadə və eyni zamanda ən təsirli vasitə aclıqdır. 12 saat ərzində qida və maye qəbulundan imtina edən insanın orqanizmi əsaslı şəkildə təmizlənir. Bunu həftədə 1 dəfə etmək lazımdır.
- Sübh tezdən 2-3 stəkan ilıq təmiz su içmək lazımdır. Qidanı bir neçə saatdan sonra qəbul edə bilərsiniz.
- Xalq təbabətində orqanizmi təmizləmək üçün çox təsirli vasitələr var. Bu vasitələrin arasında ən populyar vasitə sarımsaq və limon qarışığıdır.
400 qr sarımsaq xırda doğranılır və ya ətçəkən maşınından keçirilir. Daha sonra ora 4 limonun şirəsi sıxılır, qarışdırılır, şüşə bankasına yığılır və 1 gün ərzində saxlanılır. Bu vasitənin 1 çay qaşığını 1 stəkan qaynanmış ilıq suda qarışdırın və hər gün yatmazdan əvvəl qəbul edin.
- Çuğundur orqanizmi çox yaxşı təmizləyir. Hər gün acqarına bişmiş çuğundur (təxminən 200 qr) yemək lazımdır.
- Qarpız orqanizmi təmizləmək üçün çox gözəl təbii vasitədir.
- Gicitkən ən xeyirli otlardan biridir. Gicitkən orqanizmi şlaklardan, toksinlərdən və digər ziyanlı maddələrdən təmizləyir.
Bunun üçün 1 xörək qaşığı xırda doğranmış gicitkənın üzərinə 1 stəkan qaynar su əlavə olunur və 1 saat ərzində dəmlənilir. Daha sonra dəmləməni süzün və səhər və axşam 1 xörək qaşığı qəbul edin. Belə müalicə kursu 1 ay davam etməlidir.
Təbii ki, bütün burada təqdim olunan reseptləri yalnız həkimlə məsləhətləşdikdən sonra istifadə etmək olar. Bu xüsusilə xroniki xəstəlikləri olan insanlara aiddir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat