Pediatr valideynlərə səsləndi
Məlahət Rzayeva
08:00 27.04.2021
Sağlamlıq
769
Uşaqların sağlamlığı üçün immunlaşdırma vacibdir
İmmunlaşdırma həftəsinin “COVİD” peyvəndinə aidiyyəti yoxdur
Ölkədə “İmmunlaşdırma həftəsi” başlayır. Səhiyyə Nazirliyinin məlumatına görə, “Respublikada “İmmunlaşdırma həftəsi”nin keçirilməsi barədə” əmr imzalanıb. Əmr Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 2006-cı ildən etibarən Avropa regionunda keçirilən “İmmunlaşdırma həftəsi”nin ölkəmizdə də yüksək səviyyədə təşkili məqsədini daşıyır. Əmrdə 2021-ci ilin aprel ayının 26-sı mayın 2-si tarixlərində Respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi” nin təşkili Səhiyyə Nazirliyinin tibbi idarə və müəssisələrinin rəhbərlərinə tapşırılır, digər tibb idarə və müəssisələrin rəhbərlərinə tövsiyə edilir.
Hər hansı səbəbə görə immunlaşdırmadan kənarda qalan uşaqların “İmmunlaşdırma həftəsi” ərzində peyvəndlərə cəlb edilməsi, COVID-19 infeksiyasına görə epidemioloji vəziyyəti nəzərə alaraq uşaqların kütləvi axınının qarşısının alınması məqsədilə onların peyvəndlərə növbəli dəvət olunması, əhalinin bu barədə maarifləndirilməsinin təminatı kimi mühüm məsələlər də sənəddə öz əksini tapıb.
“İmmunlaşdırma həftəsi”ndə uşaqlar COVİD-19 əleyhinə də peyvənd olunacaqmı?
Bu barədə “Şərq”ə məlumat verən pediatr Vaqif Qarayev qeyd etdi ki, immunlaşdırma həftəsinin “COVİD” peyvəndinə aidiyyəti yoxdur:
- Bu, uşaqları infeksiyalardan qorumaq üçündür. ÜST hər dəfə 1 həftəni “immunlaşdırma” elan edir. Məqsəd əhali arasında maarifləndirməni gücləndirmək və əhalini aktivləşdirməkdir. İmmunlaşdırma həftələri həmişə olub. Sadəcə, indi COVİD aranı qatdı, bu məsələ də sanki arxa plana keçdi. Amma uşaqların sağlamlığı üçün immunlaşdırma vacibdir.
İmmunlaşdırma həftəsi uşaqların yoluxucu xəstəliklərə qarşı peyvənd olunmasıdır. Məsələn, qızılca, göyöskürək, tetanus… ÜST-ün peyvənd təqvimi olduğu kimi, hər bir ölkənin də öz peyvənd təqvimi var. Eləcə də Azərbaycanın. Təqvimdə qeyd edilir, körpə anadan olandan neçə saat, neçə gün sonra hansı peyvəndlər vurulmalıdır, hansı ayında hansı peyvəndlər, beləcə müəyyən yaş həddinədək. Bəzən valideynlər peyvəndləməyə dırnaqarası baxır, amma bu, çox vacib məsələdir. Qızılca çox ağır infeksiyadı. Rumıniyada qızılca tüğyan edirdi. ÜST də qərara aldı ki, bu ölkəyə yardım edilməyəcək, çünki qızılca əleyhinə peyvəndləməyə səhlənkar yanaşmışdılar. Ukraynada da qızılca alovlanmışdı, amma onların peyvənd almağa vəsaitləri olmamışdı.
Xüsusilə də Donbassda qızılca “yandırıb-yaxdı”. Dediyim odur ki, valideynlər uşaqları vaxtlı-vaxtında peyvənd etdirməlidir. Elə analar olub, gəlib kabinetimdə ağlayıb, göz yaşı töküblər ki, körpə “əldən gedir”. Baxmışıq ki, göyöskürəkdi. Boğulma verir, uşaq nəfəs ala bilmir. Soruşmuşuq, uşaq peyvənd olunub, deyib, yox. İndi təəssüf ki, peyvənd əleyhinə kampaniya gedir.
Bəziləri peyvəndin guya uşaqlarda autizm xəstəliyi yaratdığını iddia edir. Halbuki, bunun bir elmi-tibbi izahı yoxdur. Ümumiyyətlə, autizmin əmələgəlmə səbəbləri hələ müəyyənləşməyib. 2 il əvvəl Azərbaycanda qızılca xəstəliyinə yoluxma halları həddindən artıq çox idi. Amma bu, gizlədildi. 1993-94-cü illərdə uşaqlar arasında difteriya çox yayılmışdı.
Hazırda ÜST, eləcə də ayrı-ayrı dövlətlər niyə COVİD əleyhinə peyvəndləmə kampaniyası aparır, çünki peyvəndlənmə ilk növbədə sanitar mədəniyyət deməkdir.
Görürsünüz, İsraildə peyvəndləmə 80 faiz icra edilib artıq. Və orda artıq qapanmalar yoxdur, insanlar adi, hərzamankı həyatlarına davam edirlər. Bu mənada uşaqların müxtəlif yoluxucu xəstəliklərə qarşı peyvənd olunması vacibdir. Qaldı ki, uşaqların “COVİD” əleyhinə peyvənd olunmasına, hələ ki, dünya buna girişmir.
Əldə olan vaksinlərin də uşaqlara təsiri yoxlanmayıb. Uşaqlar arasında koronavirusa yoluxma statiskası da aşağıdır deyə, uşaqların, azyaşlıların peyvənd olunmasına göstəriş yoxdur. Amma Gürcüstan 30 min uşağın yoluxduğunu bildirib, kiçik rəqəm deyil.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vətən müharibəsi qazisi qətlə yetirildi
20:50 22.10.2026
Hadisə
Merz: Aİ aydın bir qüvvə kimi görünmək üçün genişlənməlidir
20:33 22.10.2026
Dünya
Fransada iğtişaşlar zamanı 2700 nəfər saxlanıldı
20:25 22.10.2026
Dünya
Rusiya və Ukrayna bu məsələdə razılaşdı - Vens
20:17 22.10.2026
Aktual
ABŞ Estoniyaya HIMARS raketləri göndərdi
20:00 22.10.2026
Gündəm
Çində güclü zəlzələ oldu
19:52 22.10.2026
Dünya
“Naxçıvan Aqroservis” ASC-nin sədri həbs edilib
19:44 22.10.2026
Hadisə
Çinin qərbində 7,1 bal gücündə zəlzələ oldu
19:23 22.10.2026
Dünya
Bakı ilə sülh olmadan sərhəd açılmayacaq - Hasan Oktay
18:25 22.10.2026
Cənubi Qafqaz
Türkiyədə Hüseyn Cavidin “Pyeslər” kitabı nəşr olundu
18:12 22.10.2026
Ədəbiyyat
Birgə məlumat: 25 il əvvəl törədilmiş qətlin üstü açıldı
18:10 22.10.2026
Hadisə
Albaniya parlamentində deputatlar arasında əlbəyaxa dava düşüb
17:52 22.10.2026
Dünya
Ekoloji cinayətlərə görə İrəvan məsuliyyət daşımalıdır - ŞƏRH
17:50 22.10.2026
Gündəm
Keyt Middlton iş başında: Tacını çıxardı, dəbilqəsini taxdı
17:40 22.10.2026
Dünya
Ukrayna əhalisinin sayı 28,5 milyon nəfərə düşdü
17:04 22.10.2026
Dünya