Pediatrdan xəbərdarlıq: Bu infeksiyada da ciddi ağırlaşmalar var
Yusif Sultanoğlu
08:17 05.01.2024
Sağlamlıq
683
İl dəyişdi, amma uşaqlar arasında yoluxucu xəstəliklər azalmadı. Qızılca, göyöskürək, su çiçəyi, skarlatina və mövsümi respirator xəstəliklər yayılmaqda davam edir.
Mövsümi xəstəliklərin hər il olduğunu xatırladan pediatr Vaqif Qarayevin "Sherg.az"a açıqlamasına görə, peyvənd altına düşən xəstəliklər bu qədər yayılmamalı idi:
" Diqqəti qızılcaya yönəltmişik, yoluxmanın sayını azaltmaq istəyirik. Hərçənd ki, bu xəstəliklə bağlı peyvəndə gedənlərin sayında fərq var. Bu da müsbət tendensiyadır. Bəs göyöskürəklə nə edək? Xəstələnənlərin hamısı peyvəndsiz uşaqlardır. Hazırda bu infeksiyanın da ciddi ağırlaşmaları var. Çox təəssüf ki uşaq kollektivlərində təcridə əməl olunmur. Halbuki dəfələrlə qeyd edilib ki, xəstə kuşaq məktəbə, bağçaya getməməlidir. Hətta infeksiyaya yoluxmuş uşaqlar poliklinikalara da getməməlidir. Sahə həkimləri evdə baxmalıdır belə uşaqlara! Yoluxduruculuq müddəti bitdikdən sonra isə uşaq kollektivinə getmək üçün arayış verməlidir. Belə olurmu?-Yox! Əksər valideynlər şikayətlənir ki, arayış cəmi 1 həftə üçün verilir, düzgün deyil!
Uşaqları qoruyaq".
Həkim qeyd edib ki, göy öskürək - davamlı tutmaşəkilli öskürəklə xarakterizə olunan infeksion xəstəlikdir. Xəstəlik daha çox uşaqlarda rast gəlinir. Bəzən böyüklər də bu xəstəliyə tutula bilər:
"Yenidoğulmuşlar və 1 aylığına qədər olan körpələr üçün göy öskürək çox təhlükəlidir. Xəstəliyin törədicisi - göyöskürək çöpüdür.
Uşaqlarda göy öskürəyə qarşı həssaslıq çox yüksəkdir. Xəstə ilə sadə təmas zamanı yoluxa bilər. Ona görə də onlara mütləq bu xəstəliyə qarşı peyvənd vurmalıdır. Hansı ki bu peyvənd bütün uşaqlar üçün vacib olan peyvəndlər siyahısına daxildir. Peyvənd olunmuş uşaq göy öskürəyə tutulsa da, onu daha yüngül keçirir. Keçirilən xəstəlikdən sonra davamlı ömürlük immunitet əmələ gəlir. Uşaqlıqda bu xəstəliyi keçirməmiş böyüklər də istənilən yaşda göyöskürəyə yoluxa bilərlər.
Göy öskürək zamanı öskürək davamlı və tutmaşəkilli xarakter alır. Bir neçə dəqiqə çəkən ağır tutmaşəkilli öskürək fit səsli dərin nəfəsalmalarla əvəzlənir. Bu zaman uşağın üzü qızarır, sonra göyərir, boynunda damarlar genişlənir, gözlər qanla dolur. Bəzən öskürək tutmasından sonra uşaqda qusma, qeyri-iradi sidik ifrazı, hətta qıcolmalar olur. Üzücü öskürəkdən sonra uşaq halsız, yorğun olur, sifəti avazımış və bir qədər şişkin görünür.
Südəmər uşaqlarda göy öskürək zamanı baş verən öskürək tutmaları tənəffüsün dayanmasına gətirib çıxara bilər! Məhz buna görə də göy öskürəyə tutulmuş uşaqları nəzarətsiz qoymaq olmaz! Yeganə profilaktikası uşağa vaxtında bu təhlükəli xəstəliyə qarşı vurulmuş peyvənddir".
Onu da deyək ki, göy öskürək öz fəsadları ilə də təhlükəli hesab edilir - pnevmoniya (sətəlcəm), kəskin laringit (qırtlağın iltihabı), göbək və qasıq yırtıqları, burun qanaxmaları, tənəffüsün dayanması, nevroloji pozulmalar və s. Xəstəlik başladıqdan sonra diaqnoz nə qədər tez qoyularsa, xəstə uşağı müalicə etmək bir o qədər asan olur. Sağalma tədricən baş verir, öskürək tutmalarının sayı yavaş-yavaş azalır. Göy öskürək keçirən uşaqları uzun müddət pediatr, pulmonoloq və bəzi hallarda isə hətta nevropatoloq nəzarət altında saxlamalıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsrail ordusu İran ərazisindən raketlərin buraxıldığını qeydə alıb
23:35 07.06.2026
Dünya
Cəlilabad sakinini ot bağlaması yükləyən zaman ilan sancıb
23:14 07.06.2026
Hadisə
Kristian Eriksen Ukrayna ilə oyunda huşunu itirib
22:45 07.06.2026
Futbol
Tramp jurnalistə əsəbləşib, müsahibəni yarımçıq kəsdi
22:28 07.06.2026
Hadisə
Ağdaşda su kanalında kişi meyiti tapılıb
22:09 07.06.2026
Hadisə
Tramp: ABŞ və İran sazişin imzalanmasına çox yaxındır
21:40 07.06.2026
Gündəm
Bu, Türkiyəyə milyardlar qazandırdı - Ərdoğan
21:28 07.06.2026
Region
Millimiz Estoniyanı məğlub etdi
20:47 07.06.2026
İdman
İran istənilən hücuma cavab verəcək - Bəqai
19:56 07.06.2026
Region
Tramp: İranla saziş üçün Livan şərt deyil
19:40 07.06.2026
Dünya
Fransa Kiprdə qoşun yerləşdirəcək
19:27 07.06.2026
Dünya
Şamaxıda zəlzələ baş verdi
18:19 07.06.2026
Hadisə
İspaniyada dini ayinə bir milyondan çox insan qatıldı
17:52 07.06.2026
Dünya
HƏMAS komandirlərini məhv edirik - Netanyahu
17:37 07.06.2026
Dünya