Peyvəndlənmə gözlənilən effekti vermir
06:12 27.04.2021
Sağlamlıq
664
Təəssüf ki, koronavirus infeksiyası hələ bir müddət bizimlə yaşayacaq
"Artıq koronavirusun üçüncü dalğasını müşahidə etdik. Yəni bu xəstəlik dalğavari şəkildə artır, azalır. Bir dalğa arasındakı müddət isə təxminən 3-4 ay olur. Ona görə də əvvəlki dalğaları nəzərə alsaq, üç aydan sonra Azərbaycanda və bütün dünya ölkələrində təkrar koronavirus xəstələrinin sayının artmasının şahidi ola bilərik".
Bu sözləri "Şərq"ə açıqlamasında pulmonoloq, allerqoloq Ramin Nəriman deyib. Həkim əlavə edib ki, peyvəndlənmə də müəyyən dərəcədə effekt verə bilər:
"O baxımdan hesab edirəm ki, 3-4 aydan sonra istər Azərbaycanda, istərsə də digər dünya ölkələrində ya koronavirusun dalğası əvvəlkilərlə müqayisədə ya nisbətən zəif olacaq, ya da ki, olmaya bilər. Amma böyük ehtimalla olacağını düşünürəm. Çünki bir infeksion xəstəliyə insan ikinci dəfə yoluxursa, artıq bu o deməkdir ki, həmin xəstəliyə qarşı immunitet formalaşmayıb.
Daimi immunitet formalaşmadığı təqdirdə insan təkrar xəstələnir. Fikrimcə, peyvənd olunan şəxslər də daimi immunitet əldə edə bilməyəcəklər. Çünki bir müddətdən sonra həmin immunitet itəcək və yenidən şəxsin xəstələnməsi baş verəcək. Onun üçün də belə düşünmək olar ki, gələcəkdə koronavirus infeksiya ilə bağlı xəstələrin sayının artmasını gözlənilə bilər.
Bu günə qədər ki, statistika belədir ki, Azərbaycanda hardasa təxminən 320 min nəfər koronavirusa yoluxub. 470 min nəfər isə 2 dəfə peyvənd olunub. Hardasa 200 min əhalinin də xəstələndiyini və qeydiyyatdan keçmədiyini nəzərə alsaq, ümumilikdə Azərbaycanda xəstələnən, ya iki dəfə peyvənd olunanların sayı bir milyondur. Bildiyimiz kimi, Azərbaycanın 10 milyon əhalisi var. Bir milyon Azərbaycan əhalisinin 10 faizi deməkdir. Kollektiv immunitetin formalaşması üçün ən azı cəmiyyətinin 70-80 faizində immunitet olmalıdır".
Həkim vurğulayıb ki, hələ bir müddət koronavirus infeksiyası təəssüf ki, davam edəcək:
"Bu xəstəlik belə görünür ki, ya uzun müddət, ya da ola bilsin ki, daimi davam edəcək. Ümumdünya Səhiyyə Təşkilatı da sətirarası bildirir ki, peyvənddən gözlənilən effekt alınmır. Qeyd olunur ki, peyvənd yeganə qorunma metodu deyildir. Yenə də ara məsafəsi gözləmək, maskadan istifadə etmək, şəxsi gigiyena qaydalarına riayət olunması tövsiyə olunur. Belə düşünürəm ki, hələ bir müddət koronavirus infeksiyası təəssüf ki, davam edəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vətən müharibəsi qazisi qətlə yetirildi
20:50 22.10.2026
Hadisə
Merz: Aİ aydın bir qüvvə kimi görünmək üçün genişlənməlidir
20:33 22.10.2026
Dünya
Fransada iğtişaşlar zamanı 2700 nəfər saxlanıldı
20:25 22.10.2026
Dünya
Rusiya və Ukrayna bu məsələdə razılaşdı - Vens
20:17 22.10.2026
Aktual
ABŞ Estoniyaya HIMARS raketləri göndərdi
20:00 22.10.2026
Gündəm
Çində güclü zəlzələ oldu
19:52 22.10.2026
Dünya
“Naxçıvan Aqroservis” ASC-nin sədri həbs edilib
19:44 22.10.2026
Hadisə
Çinin qərbində 7,1 bal gücündə zəlzələ oldu
19:23 22.10.2026
Dünya
Bakı ilə sülh olmadan sərhəd açılmayacaq - Hasan Oktay
18:25 22.10.2026
Cənubi Qafqaz
Türkiyədə Hüseyn Cavidin “Pyeslər” kitabı nəşr olundu
18:12 22.10.2026
Ədəbiyyat
Birgə məlumat: 25 il əvvəl törədilmiş qətlin üstü açıldı
18:10 22.10.2026
Hadisə
Albaniya parlamentində deputatlar arasında əlbəyaxa dava düşüb
17:52 22.10.2026
Dünya
Ekoloji cinayətlərə görə İrəvan məsuliyyət daşımalıdır - ŞƏRH
17:50 22.10.2026
Gündəm
Keyt Middlton iş başında: Tacını çıxardı, dəbilqəsini taxdı
17:40 22.10.2026
Dünya
Ukrayna əhalisinin sayı 28,5 milyon nəfərə düşdü
17:04 22.10.2026
Dünya