Problemlər var: iyrənc çörək sexləri, kimyəvi qatqılı kəllə qənd...- Ölüm saçır!
Yusif Nəzərli
14:32 06.10.2021
Sağlamlıq
1860
“Prezident İlham Əliyevin də dediyi kimi, ictimai nəzarət öz funksiyasını yerinə yetirməlidir”
“Həmin sexlər sahə müvəkkilinin, bələdiyyənin gözü qarşısındadır. Gərək zamanında dövlət orqanlarına xəbər verilsin”
“Biznes qurumları onlara yaradılan şəraitə adekvat dəyərləndirmir, bazara təhlükəli mallar çıxarırlar”
Gəncə şəhəri, N.Nərimanov prospekti 360 ünvanında fəaliyyət göstərən, Ələsgərova Xatirə Şərif qızına məxsus çörək istehsalı müəssisəsində yoxlama keçirilib.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, burada normativ hüquqi aktların, sanitariya-gigiyena qaydalarının tələblərinin kobud şəkildə pozulduğu aşkar edilib.
Müəssisədə istehsal prosesində istifadə olunan avadanlıqların vaxtlı-vaxtında təmizlənib, dezinfeksiya olunmadığı, istifadə olunan unun antisanitar vəziyyətdə saxlanıldığı, dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin vaxtlı-vaxtında aparılmadığı, işçi heyətin dövri tibbi müayinədən keçirilmədiyi məlum olub.
Aşkar edilən nöqsanlarla bağlı rəhbərlik inzibati məsuliyyətə cəlb edilib, müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.
Məlum müəssisənin antisanitar şəraitdə fəaliyyət göstərməsinə münasibət bildirən Azərbaycan Azad İstehlakçılar Birliyinin (AİİB) sədri Eyyub Hüseynov “Sherg.az” bildirib ki, Gəncədəki çörək sexi dəryada bir damla kimidir:
“Buna bənzər sexlərin olmasında AİİB və qurumun Gəncə şöbəsinin sədri günahkardır. Həmçinin bu işdə mən də suçluyam. Çünki 24 il ərzində bunların qarşısını almalıydıq. Təbii ki, mümkün qədər işlər görmüşük. Lakin belə sexlərin mövcudluğu hökümətin biznesi dəstəkləyən istehlakçı hüquqlarını axrada qoyan siyasətindən qaynaqlanır. İllərdir biznes qurumları üçün toxunulmazlıq şəraiti yaradılıb. Hətta yoxlama orqanlarının əlləri-qolları bağlıdır. Məsələn, hansısa bir obyektdə yoxlanış olmadan öncə uzun bir prosedur keçməlidir. AQTA-dan Ədliyyə Nazirliyinə müraciət edilməlidir. Nazirlik sözügedən obyetk sahibinə yoxlanışın hansı səbəbdən aparılacağını bildirməlidir. Üstəlik, yoxlama prosesində İqtisadiyyat Nazirliyinin də bir nümayəndəsi olmalıdır. Beləliklə qanunları pozan, antisanitar obyekt öncədən yoxlanış olacağını bilir və şəraitdən sui-istifadə edir. Nəticədə Gəncədəki həmin çörək sexi kimi müəssisələrlə rastlaşırıq. Ona görə hökumətin bu siyasətinə AİİB daim etiraz edib”.
E.Hüseynov, həmçinin diqqətə çatdırıb ki, kəllə qəndin hazırlanmasında müxtəlif ağardıcı maddələrdən istifadə olunur:
“Bir il öncə AQTA-ya və digər qurumlara qənd istehsal edən müəssisələr barədə məlumat vermişik. Kəllə qəndi hazırlayarkən ağ şəkər tozunu qaynadırlar, bu zaman əmələ gələn sarı maddəni ağartmaq üçün kimyəvi məhlullardan istifadə edirlər. Əslində isə qənd bahalı mərkəzdənqaçma aparatı vasitəsilə hazırlanmalıdır. Bu məsələləri dəfələrlə qabardmışıq. Təəssüflər olsun ki, AQTA məhdud insan resursları ilə nə qədər çalışsa da, problemi həll edə bilmir. Onu da qeyd edim ki, üç gün əvvəl İctimai şuranın üzvü kimi Keşlə bazarının girişində ət satışlarına diqqət yetirdim. Orada söylədilər ki, guya burada laboratoriya və agentliyin nümayəndəsi var. Həmin laboratoriyanı da gördüm və orada antisanitar şərait mövcud idi. Baytarlar gigiyena qaydalarına əməl etmirdilər. Bu barədə də AQTA-ya bildirdim. Bir sözlə, ciddi problemlər var və bunlar həll olunmalıdır. Cənab Prezident İlham Əliyevin də dediyi kimi, ictimai nəzarət öz funksiyasını yerinə yetirməlidir. Həmin sexlər sahə müvəkkilinin, bələdiyyənin gözü qarşısındadır. Gərək zamanında dövlət orqanlarına xəbər verilsin. Həmçinin dövlət istehlakçı hüquqlarını qorumaq siyasətini mükəmməlləşdirməlidir. Biznes qurumları onlara yaradılan şəraitə adekvat dəyərləndirmir, bazara təhlükəli mallar çıxarırlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm
Cəlilabadda açıq ərazi yanır - FOTO
17:35 21.09.2026
Hadisə
Bankın süni intellekt köməkçisi müştərini təhqir etdi - FOTO
17:32 21.09.2026
Texnologiya
Bakıda marketdə qadını döyən şəxs həbs edilib
17:30 21.09.2026
Hadisə
Elm və Təhsil Nazirliyinin dərsini vermək lazımdır - Həsən Həsənov
17:08 21.09.2026
Gündəm
Türkiyəli aktrisa Afra Saraçoğlu İstanbul aeroportunda saxlanılıb
17:05 21.09.2026
Hadisə