Şahzadə ikinci dəfə koronavirusa yoluxdu
Yusif Nəzərli
22:30 10.02.2022
Sağlamlıq
669
Çarlz karantin altına alınıb və bütün səfərləri, işgüzar görüşləri ləğv edilib
Böyük Britaniya kraliçası II Yelizavetanın (II Elizabeth) oğlu, 73 yaşlı şahzadə Çarlz ikinci dəfə koronavirusa yoluxub. “Şərq” “Milliyet.com”a istinadən bildirir ki, şahzadənin koronavirus testinin nəticəsi pozitiv çıxıb. Test nəticəsi müsbət çıxdıqdan sonra şahzadə karantin altına alınıb və bütün səfərləri, işgüzar görüşləri ləğv edilib. Kraliça Yelizaveta taxta çıxmasının 70 illiyini ötən həftə qeyd edib. 70 illik hakimiyyəti ilə bağlı açıqlama yayan kraliça özündən sonra oğlu şahzadə Çarlzın taxt-taxca sahiblənməsini, həyat yoldaşı Kamilanın isə kraliça tituluna yiyələnməsini arzu etdiyini söyləmişdi.
Bununla kraliça həm də əcəli yetişməmiş taxt-tacdan ayrılmayacağına işarə etmişdi. Kraliçanın bu açıqlama ilə Kamilanın qeyri-müəyyən statusuna aydınlıq gətirdiyi də hesab edilir. Məlumdur ki, şahzadə Çarlzın ilk həyat yoldaşı 1997-ci ildə faciəli şəkildə həyatını itirən şahzadə Diana olub. Diananın ölümündən sonra şahzadə Çarlz Kamila ilə evlənib. Kamilanın birinci evliliyindən 2 övladı var. Şahzadə Çarlzdan sonra taxta əyləşəcək varis isə şahzadənin böyük oğlu şahzadə Uilyamdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:12 21.08.2026
Dünya
Vens: İranı məğlub etməyin ən yaxşı yolu budur
13:32 21.08.2026
Dünya
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
13:29 21.08.2026
Ekologiya
İsmayıllıda toyda 31 nəfər zəhərlənib - YENİLƏNİB
13:12 21.08.2026
Hadisə
Daşkəsəndə iri qaya parçaları yolu bağlayıb
12:57 21.08.2026
Hadisə
İtlər bu yaşda qocalırlar
12:09 21.08.2026
Maraqlı
Elm dünyası şokda! Yeni orqan kəşf edildi
11:31 21.08.2026
Sağlamlıq
Alyaskada təyyarə qəzaya uğrayıb, 8 nəfər ölüb
10:54 21.08.2026
Dünya
MSK sədri Qazaxıstanda parlament seçkilərini müşahidə edəcək
10:31 21.08.2026
Siyasət
Suren Papikyana qarşı üsyan başlayır
10:28 21.08.2026
Region
KİV: Çin süni intellekt sahəsində ABŞ-yə sürətlə yaxınlaşır
09:57 21.08.2026
Dünya
Vyetnam rusları deportasiya etdi
09:49 21.08.2026
Dünya
Yerdən 23 dəfə ağır qeyri-adi planet aşkarlandı
09:19 21.08.2026
Maraqlı
Dünya bazarlarında neft ucuzlaşıb
09:09 21.08.2026
İqtisadiyyat
Çimərlikdə ilan panikası: Dənizdən sahilə çıxdı
09:01 21.08.2026
Hadisə
Bakının bu küçələrində sıxlıq var - SİYAHI
08:59 21.08.2026
Cəmiyyət