Sosial media istifadəsi göz yorğunluğunu artıra bilər - ARAŞDIRMA
07:37 23.08.2025
Sağlamlıq
480
“Journal of Eye Movement Research” jurnalında dərc olunan yeni araşdırma göstərir ki, smartfonlarda gündə cəmi bir saat sosial mediada vaxt keçirmək belə göz yorğunluğuna səbəb ola bilər.
AZƏRTAC “MedicalXpress” portalına istinadla xəbər verir ki, tədqiqat Hindistanda 30 gənc arasında aparılıb. İştirakçılar bir saat ərzində elektron kitab oxumaq, video izləmək və sosial media çarxlarına baxmaq üçün smartfondan istifadə ediblər. Göz hərəkətləri isə “Raspberry Pi” və infraqırmızı kamera ilə izlənib. Nəticələrə görə, sosial media istifadəsi digər fəaliyyətlərlə müqayisədə daha çox göz yorğunluğu yaradır. Bu proses zamanı göz bəbəyi ölçülərində daha çox dəyişiklik müşahidə olunub. Həmçinin, araşdırma göstərib ki, bir saatlıq istifadə ərzində göz qırpma sürəti 54-61 faiz azalır, göz qırpma intervalı isə 39-42 faiz artır. Bu isə gözlərin daha uzun müddət açıq qalması və vizual yorğunluğun güclənməsi deməkdir.
Mütəxəssislər bildirirlər ki, sosial mediada məzmunun və parlaqlığın tez-tez dəyişməsi yorğunluğu artıran əsas amillərdəndir. Araşdırma nəticələri ictimai səhiyyə təşəbbüsləri üçün vacib məlumat hesab olunur və ekran vaxtının azaldılmasının göz sağlamlığını qorumaqda mühüm rol oynaya biləcəyini vurğulayır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
18:12 13.10.2026
Siyasət