TƏBİB-dən Zaqatalada yeni doğulan körpənin ölümü ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
Yusif Nəzərli
14:44 28.10.2022
Sağlamlıq
557
TƏBİB Zaqatalada yeni doğulan körpənin ölümü ilə bağlı məlumat açıqlayıb.
TƏBİB-dən APA-nın yerli bürosuna verilən məlumatda bildirilib ki, 41-42 həftəlik hamilə olan 1998-ci il təvəllüdlü G.Z. 25 oktyabr tarixində saat 12:23 radələrində Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə daxil olub.
“Daxil olarkən ananın vəziyyəti kafi qiymətləndirilib. 26 oktyabr tarixində saat 07:35 radələrində təbii doğuş başa çatıb. Doğuş prosesi ağır keçib və yenidoğulmuşun doğulmasında ləngimə qeydə alınıb. Doğuşdan sonra körpəyə doğuş zamanı ağır asfiksiya diaqnozu qoyulub. Vəziyyəti ağır qiymətləndirilən körpə Bakı şəhərinə təxliyə edilib. Tibb müəssisəsinə yerləşdirilmədən körpədə ölüm halı qeydə alınıb”, - deyə məlumatda bildirilib.
17:50
Zaqatalada yeni doğulan körpə ölüb.
APA-nın məlumatına görə, rayonun Yeni Suvagil kənd sakini, 1998-ci il təvəllüdlü Gülsənəm Etimad qızı Zamanova oktyabrın 25-də birinci hamiləliklə doğuş üçün Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (MRX) Doğum şöbəsinə daxil olub.
24 yaşlı G.Zamanova təbii doğuşla oğlan uşağı dünyaya gətirib. Yeni doğulan körpədə kəskin narahatlıq olduğu üçün doğuşun ertəsi günü müalicə məqsədilə Bakıdakı xəstəxanalardan birinə göndərilib.
Körpə oktyabrın 27-də Bakıda müalicə olunduğu xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Prezident: Hazırda Ermənistanla ticari münasibətlərimizi artırırıq
18:37 04.02.2026
Dünya
Son 4 ayda 4 rekord: Mask dünyada ilkə imza atdı
18:24 04.02.2026
Dünya
Türkiyə üçün Pəhləvinin önə çıxarılması risklidir - RƏY
18:19 04.02.2026
Gündəm
Mehriban Ələkbərzadəyə vəzifə verildi
17:42 04.02.2026
Media
“Sərhəddə gərginlik yox, sülh üstünlükdədir” - ŞƏRH
17:39 04.02.2026
Gündəm
Tramp İranla danışıqları dayandıra bilər
17:23 04.02.2026
Gündəm
Rusiyadakı soydaşlarımız böyük risk altındadır - Fuad Abbasov
17:08 04.02.2026
Gündəm
İranda xaşxaş əkininə icazə verildi
17:01 04.02.2026
Region
Qahirədə Ərdoğan və Sisi arasında təkbətək görüş keçirildi
16:54 04.02.2026
Dünya
Zaxarovadan Türkiyəyə çağırış: Onlara mane olun!
16:53 04.02.2026
Gündəm
İsrailin elmi nailiyyətləri Azərbaycana yol açır - Ekspert
16:48 04.02.2026
Texnologiya
Sosial problemlər uşaqları müdafiəsiz qoyur - Mehriban Zeynalova
16:36 04.02.2026
Cəmiyyət