Tibbi sığortanın tam tətbiqi üçün əngəllər var
07:36 02.04.2021
Sağlamlıq
534
Professor bir-bir problemləri sadaladı
"Əvvəla əhalinin ayrı-ayrı təbəqələrinin sığortalanması fərqli olunmalı idi. İkincisi, həkimlərin fiksə olunmuş maaşları təmin olunmalı və ictimailəşməli idi. Üçüncüsü isə bu xərclərə ictimai nəzarət təmin edilməli idi"
Aprelin 1-dən etibarən icbari tibbi sığorta bütün ölkə əhalisini əhatə etməyə başlayıb. Belə ki, Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda rəsmi qeydiyyatda olan əhali də icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan 2550 sayda tibbi xidmətdən istifadə edə bilər. Xidmətlər zərfinə ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti, ixtisaslaşdırılmış ambulator yardım xidməti, laboratoriya, fizioterapiya, invaziv radiologiya və stasionar tibbi xidmətlər daxildir. Vətəndaşlara Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan tibb müəssisələrində, həmin tibb müəssisələrində xidmətin göstərilməsi mümkün olmadıqda isə müqaviləli tibb müəssisələrində göndəriş əsasında göstərilir.
Tibb elmləri doktoru, professor Adil Qeybulla isə "Şərq"ə açıqlamasında qeyd edib ki, Azərbaycanda tibbi sığortanın tam şəkildə tətbiq edilməsinə əngəl olan müəyyən problemlər var. Professor qeyd edib ki, tibbi sığorta aztəminatlı ailələrin tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi üçün çox ideal bir sistemdir:
"Qeyd edim ki, icbari tibbi sığorta sosial müdafiənin mühüm bir elementidir. Bununla bağlı konkret təklifləri biz 90-cı illərdə hökumətə vermişik. İcbari tibbi sığortanın ölkəmizdə olması çox mühümdür. Çünki bu, aztəminatlı ailələrin tibbi xidmətlərə əlçatanlığını təmin edir".
A.Qeybulla hesab edir ki, sistemin doğru fəaliyyət göstərməsi üçün ilk növbədə mövcud olan bir sıra problemlərin həll edilməsi mühüm idi:
"Əvvəla əhalinin ayrı-ayrı təbəqələrinin sığortalanması fərqli olunmalı idi. İkincisi, həkimlərin fiksə olunmuş maaşları təmin olunmalı və ictimailəşməli idi. Üçüncüsü isə bu xərclərə ictimai nəzarət təmin edilməli idi. Təəssüf ki, bütün bunlar olmadan biz icbari tibbi sığortaya gedirik. Digər tərəfdən insanların maarifləndirilməsi işi yetərli deyil. İnsanlar hazırda çaşbaşdır. "Necə olacaq?", "Hara müraciət etmək lazımdır?", "Necə müraciət etmək lazımdır?" və s. bütün bu kimi məsələlərin hamısı xeyli suallar doğurur".
Professor əlavə edib ki, bu prosesin sonda hansısa neqativ hallarla üzləşməməsi üçün insanların maarifləndirilməsi son dərəcə önəmlidir:
"Yaxşı olardı ki, bununla bağlı mütəxəssislər cəlb olunsun, insanlar bu istiqamətdə maarifləndirilsinlər. Zamanında bir sıra məsələlərə tam aydınlıq gətirməlidir ki, bu proses sonda hansısa neqativ halların baş almasına gətirib çıxarmasın. Yəni bunların səhərisi gün suda balıq tutma məsələsinə oxşamasın. Hesab edirəm ki, icbari tibbi sığortanın düzgün qurulması üçün heç olmasa Türkiyə təcrübəsindən faydalanmaq daha məqsədəuyğun olar, o cümlədən də digər xarici ölkələrin təcrübəsindən".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə