Ürək xəstələri mütləq vaksin olunmalıdır
02:00 19.08.2021
Sağlamlıq
536
Statistikaya görə, dünyada ürək xəstəliyindən ölüm halları ilk sırada qərarlaşıb. Bunu Səhiyyə Nazirliyinin “İnstagram” səhifəsindəki canlı yayımda Nazirliyin mütəxəssisi, dosent, invaziv-kardioloq Qalib İmanov bildirib. Onun sözlərinə görə, COVİD-19 virusu da infarkt və ürək ritminin pozulmasına səbəb olur: "Koronavirusa yoluxma zamanı süni tənəffüs aparatına qoşulma, hətta ölüm riski ən çox ürək-damarla bağlı ağırlaşmada olur. Bu hətta ürək xəstəliyi olmayanlarda belə ola bilər.
Ona görə də xüsusilə ürək xəstələri virusun ilk simptomlarını hiss etdikdə kardioloqla məsləhət etməlidir. Koronavirus isə bu riski daha da artırır. Bunun üçün vaksin olunmaq, maska taxmaq, məsafə saxlamaq lazımdır. Ürək-damar xəstələri mütləq şəkildə vaksin olunsunlar, vurdurmamaq üçün heç bir bəhanə axtarmasınlar. Vaksinə də dərman kimi baxsaq, yan təsirləri var, amma bunun yan təsirləri COVİD-in yaradacağı təsirlərdən qat-qat azdır. Açıq ürək əməliyyatı edənlər, ürəyinə stend qoyulanlar, təzyiq xəstələri, ürəklə bağlı istənilən xəstəliyi olanlar mütləq vaksin olunmalıdır. Ağır ürək çatışmazlığı olan xəstələrin öz istifadə etdikləri dərman da çoxdur, virusa yoluxanda da çoxlu sayda dərman olur, bu isə riski çox artırır. Ona görə də koronavirusa yoluxma baxımından ən çox ağırlaşma ağır ürək çatışmazlığı olanlarda olur”.
Onun sözlərinə görə, bir otaqda iki nəfər varsa, mütləq şəkildə maska taxılmalıdır: “Maska taxılmadığı müddətdə 15 dəqiqə ərzində virusa yoluxdurma 100 faizdir, hər iki şəxs maska taxdığı halda isə virusa yoluxmaqdan 95 faiz qoruya bilir. Ürək xəstələrinin koronavirusa yoluxandan sonra xəstəliyi digər şəxslərlə müqayisədə 5 qat daha ağır keçirmək riski var. Dünyadakı statistikaya görə, bu cür xəstələr daha ağır keçirir, daha çox reanimasiyaya düşür. Xəstəliyin ağır keçməsinə səbəblərdən biri də müalicədə istifadə olunan dərmanların yan təsiridir. Ürək xəstələrində virusa yoluxma ilə bağlı simptom olan kimi həkimlə məsləhət etməsini tövsiyə edirik, ilkin etapda həkimə xəbər vermək çox vacibdir. Ürək xəstəliyi olanlarda koronavirusa yoluxma zamanı xəstəlik daha da ağırlaşır”.
Həkim bildirib ki, hətta ürək xəstəliyi olmayanlarda belə virusa yoluxduqda ən çox artemiyaların yaranması, ürək ritminin pozulması, ürək əzələsinin iltihablaşması, kəskin infarkt riski olur: "Ürək çatışmazlığı varsa, üzərinə koronavirus gəldikdə tromb riski yaranır və infarkt riski daha da artır. Ürək-damar xəstələri yüksək risk qrupunda olduğu üçün daha çox vaksin olunmasını istəyirik. Bizə ən çox müraciətlərin sayı da vaksin vurdurub-vurdurmamaqla bağlıdır. Birmənalı olaraq bu cür xəstələr gecikdirmədən vaksin vurdurmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə