Uşaqlar üçün öskürək və soyuqdəymə siroplarında zəhər tapıldı - FOTO
Yusif Nəzərli
04:56 21.10.2022
Sağlamlıq
1001
İndoneziyada 100-ə yaxın uşağın ölümündən sonra bütün sirop və maye dərmanların satışı dayandırılıb. Belə ki, yerli səhiyyə qurumu bəzi öskürək və soyuqdəymə dərmanlarının kəskin böyrək zədələnməsinə və son bir ildə 99 uşağın ölümünə səbəb olduğunu bildiriblər.
Bu dərmanların yerli istehsal, yoxsa xaricdən gətirildiyi məlum deyil.
Məlumata görə, hazırda dərmanlara görə 200 uşaqda böyrək zədələnməsi hadisəsi aşkar edilib. Onların əksəriyyətinin yaşı beşdən aşağıdır.
Xatırladaq ki, bir müddət əvvəl Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 70-ə yaxın uşağın ölümünə səbəb olan dörd öskürək və soyuqdəymə siropu (“prometazin” oral məhlulu, uşaqlar üçün “Kofexmalin” və “Makoff” öskürək siropları, həmçinin soyuqdəyməyə qarşı “Magrip N” siropu) ilə bağlı xəbərdarlıq edib.
Hindistan əczaçılıq şirkəti tərəfindən istehsal edilən sözügedən preparatların tərkibində dietilen qlikol və etilen qlikolun qəbuledilməz səviyyədə olduğunu bildirib. ÜST rəsmiləri bildiriblər ki, bu siroplar potensial olaraq kəskin böyrək zədələnməsinə səbəb olur.
İndoneziya Səhiyyə Nazirliyinin açıqlamasında, ölkədə istifadə edilən bəzi maye dərmanlarda eyni kimyəvi komponentlərin istifadə edildiyi bildirilib.
“Beş yaşından kiçik uşaqlara verilən siropların bəzilərinin tərkibində olması lazım olduğundan daha çox dietilen qlikol və etilen qlikol olduğu ortaya çıxıb”, - deyə Səhiyyə Nazirliyindən bildirilib. Lakin bu zəhərli preparatların neçə nəfərə təsir etdiyi açıqlanmayıb.
Yerli mütəxəssislər İndoneziyada faktiki ölüm nisbətinin daha yüksək ola biləcəyini bildirib.
İndoneziya hökuməti uşaqlarda xəstəlik və ölümə səbəb olan siropların növlərini və markalarını hələ açıqlamayıblar. Hazırda ölkədə bütün sirop və maye dərmanların satışı dayandırılıb.
Mənbə: Cümhuriyyət
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya hərbi nümayəndə heyəti Suriyaya gedib
19:42 04.02.2026
Dünya
“Washington Post” əməkdaşların kütləvi ixtisarına başlayır
19:30 04.02.2026
Media
Ürək köçürülməsi tarixi uğurdur, ancaq... - TƏHLİL
19:24 04.02.2026
Sağlamlıq
Türkiyə Rusiyanı Suriyadan uzaqlaşdırır - Uilson
19:22 04.02.2026
Dünya
Media buraxılmırsa, deməli ciddi razılaşma yaxındır - Ekspert
19:08 04.02.2026
Gündəm
Prezident: Hazırda Ermənistanla ticari münasibətlərimizi artırırıq
18:37 04.02.2026
Dünya
Son 4 ayda 4 rekord: Mask dünyada ilkə imza atdı
18:24 04.02.2026
Dünya
Türkiyə üçün Pəhləvinin önə çıxarılması risklidir - RƏY
18:19 04.02.2026
Gündəm
Mehriban Ələkbərzadəyə vəzifə verildi
17:42 04.02.2026
Media
“Sərhəddə gərginlik yox, sülh üstünlükdədir” - ŞƏRH
17:39 04.02.2026
Gündəm
Tramp İranla danışıqları dayandıra bilər
17:23 04.02.2026
Gündəm
Rusiyadakı soydaşlarımız böyük risk altındadır - Fuad Abbasov
17:08 04.02.2026
Gündəm