Vaksinasiya könüllüdür
08:21 09.04.2021
Sağlamlıq
689
Jurnalistlərə Çin istehsalı olan vaksin vurulacaq
Artıq Mətbuat Şurasına redaksiyalardan müraciət daxil olub
Azərbaycanda media işçilərinin vaksinasiyası Mətbuat Şurasının (MŞ) binasında baş tutacaq.
Bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib. O qeyd edib ki, jurnalistlərə Çinin "Sinovac Biotech" şirkətinin istehsal etdiyi "CoronaVAC" vaksini vurulacaq: “Artıq iki gündür Azərbaycan Mətbuat Şurasına redaksiyalardan siyahılar daxil olur. Hazırda 150-dən çox müraciət var və qeydiyyata alınma prosesi davam etməkdədir. Qeydiyyata alınmada jurnalistlərin adı, soyadı və mobil nömrəsi lazımdır. Media işçiləri vaksinasiyasına gəldikdə isə üzərlərində mütləq şəxsiyyət vəsiqələri olmalıdır”.
Ə.Amaşov bildirib ki, vaksinasiya prosesi mərhələli şəkildə davam edəcək: “Təqribən gün ərzində 50 və daha çox şəxs vaksinasiya olunacaq”.
Məsələ ilə bağlı Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli "Şərq"ə açıqlamasında bildirib ki, jurnalistlər daim insanlarla təmasda olduğu üçün onların vaksinasiyası çox vacibdir: "Vaksinasiya işinin aparılmasına ciddi şəkildə ehtiyac var. Çünki jurnalistika elə bir sahədir ki, reportyorlar daimi olaraq əhali arasındadırlar. Bu halda isə onların yoluxma halı yüksək olur.
Həmin təbəqə isə daha çox 20-40 yaş arası olur. Bu baxımdan həmin jurnalistlərin ölkə üzrə keçirilən vaksinasiya prosesindən bir qədər fərqli peyvənd olunmalarına ehtiyac var.
Bir neçə gün öncə biz jurnalistlərin COVID-19-a yoluxma statistikasını açıqlamışdıq. Ölkə üzrə 205-dən çox yoluxma, 10 nəfər jurnalist həmkarımız isə koronavirusdan dünyasını dəyişib.
Artıq MŞ ölkənin bütün media qurumlarına müraciət etdi ki, KİV redaksiyaları özlərinin 18-20 yaşdan yuxarı əməkdaşlarının ad, soyad və əlaqə nömrələrini anketləşdirib Mətbuat Şurasına göndərsin.
Bundan sonra MŞ həmin məlumatları toplayacaq, müəyyən vaxt təyin edib vaksinasiyanı təşkil edəcək".
M.Ələsgərli peyvəndləmənin könüllülük prinsipi üzrə reallaşacağını da bildirdi:
"Bu gün səhərə olan məlumata görə, artıq 50-dən çox müraciət daxil olub. Yəni burada fərdi müraciət deyil, ümumilikdə redaksiyalar müraciət edir. Vaksinasiya könüllü şəkildə həyata keçiriləcək. Yəni kim istəsə bunu öz çalışdığı redaksiyaya bildirəcək. Redaksiya da onun haqqında məlumatı Mətbuat Şurasına göndərəcək. Bunun əsasında da vaksinasiya keçiriləcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə