
Valideynlər bilsin! - Peyvənd ürək əzələlərində yarana biləcək problemi 6 dəfə azaldır”- Elmi əsası var!
Valideynlər bilsin! - Peyvənd ürək əzələlərində yarana biləcək problemi 6 dəfə azaldır”- Elmi əsası var!
Yusif Nəzərli
12:57 07.10.2021
Sağlamlıq
575
"Cari ilin may ayından etibarən rəsmi olaraq “Pfizer” peyvəndinin 12-15 yaş qrupunda olan uşaqlar arasında tətbiqinə rəsmi olaraq elmi əsaslı icazə verilib".

Bu fikirləri "Sherg.az"a açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev deyib. Tibb elmləri doktoru vurğulayıb ki, “Pfizer” peyvəndinin Azərbaycanda da tətbiq edilməsi elmi əsaslıdır və uşaqlara da təklif edilməsi alqışalayiqdir:
"Bilirik ki, pandemiya başlayandan bu günə kimi uşaqlar pandemiyanın xüsusi daşıyıcıları idi. Yəni onlar ilkin mərhələdə müəyyən formada virusu yüngül keçirsələrdə, ancaq vacib olan iki təhlükəni daşıyırdılar. Birincisi, xüsusi risk qrupuna daxil olan şəxslərə virusu ötürərək onların xəstələyi ağır keçirməsinə və hətta bəzilərində ölümlə nəticələnə bilməsinə səbəb olmaları idi. İkincisi, onların “Long-COVID”, yəni xəstəlikdən sağaldıqdan bir müddət sonra ağır simptomlara səbəb olmasıdır. İndiki halda bu peyvəndin tətbiqi onu deməyə əsas verir ki, uşaqlar həm digər risk qrupuna daxil olan yaşlıları virusa yoluxmaqdan qoruyurlar, həm də uşaqların özləri “Long-COVID” simptomlarından və onun riskindən azad olurlar. Bir elm adamı kimi deyə bilərəm ki, bu gün dünyada bunun tətbiqi həqiqətən də elmi arenada alqışlanandır və bir daha da vurğulayıram ki, elmi əsaslıdır".
N.Abdullayev kiçik bir elmi tədqiqatı da diqqətə çatdırıb:
"Nəzərinizə çatdırım ki, peyvəndlərin tətbiqindən sonra az faiz etibarilə yan təsirlərə və hətta müəyyən ağırlaşmalara rast gəlinir. Məhz bu da valideynlərdə müəyyən suallar doğurur. Məsələn, ürək əzələsində ola biləcək iltihab barədə son elmi tədqiqatlar, xüsusən İsraildə olan tədqiqatlar onu deməyə əsas verir ki, peyvəndlərin 12-15 yaş qrupunda uşaqlar arasında tətbiqi mühümdür. Çünki onlar əgər peyvəndsiz koronavirusa yoluxarsa, ürək əzələsində yaranacaq iltihabı prosesin ehtimalı çoxdur və ya peyvəndlər ürəkdə yaranacaq iltihab riskini 6 dəfə azaldır. Yəni peyvənd vurulduqdan sonra virusa yoluxma zamanı ürək əzələlərində yarana biləcək problem 6 dəfə azalmış olur.
Bu önəmli bir faktdır. Bunun kimi, bir neçə elmi tədqiqatlar var. Yəni elmi əsaslı şəkildə deyirəm ki, peyvəndsiz virusa yoluxarkən yaranacaq risklərin “Pfizer” peyvəndinin tətbiqindən sonra dəfələrlə azaltmaq mümkündür.
Peyvəndin Azərbaycanda tətbiqi zamanı vacib olan amillərdən biri də valideynlərin maksimum şəkildə maarifləndirilməsidir. Qeyd edim ki, peyvəndlərin uşaqlarda tətbiqi zamanı müəyyən günlərdə qollarda ağrılar, temperatur, baş ağrıları kimi hallara rast gəlinə bilər.
Ancaq panikaya düşmək lazım deyil və elmi əsaslı şəkildə həkimlərimiz valideynlərə peyvənddən sonra yarana biləcək həmin bu yüngül simptomları izah etməlidirlər. Tövsiyə edərdim ki, valideynlər sağlam övladlarını müasir elmin söylədiyi normalar çərçivəsində aktiv şəkildə peyvəndləmədə iştirakına icazə versinlər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Miranda Kerr: “Yumurta üçün darıxıram”
14:51 18.10.2026
Şou
25-30 ildən sonra dünyada ölüm halları artacaq
14:18 18.10.2026
Sağlamlıq
“Uzak şehir”də rol alacaq
13:45 18.10.2026
Şou
Erlinq Holann İngiltərə Premyer Liqasında yeni uğura imza atıb
13:39 18.10.2026
Futbol
İranın yeni müdafiə naziri ABŞ-a xəbərdarlıq edib
13:36 18.10.2026
Dünya
Bolqarıstan sərhədində 30 kilometrlik TIR növbəsi yaranıb
13:31 18.10.2026
Hadisə
İranda yeni müdafiə naziri təyin olundu
13:20 18.10.2026
Region
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
12:57 18.10.2026
Maraqlı
Müstəqilliyi əldə etmək qədər onu qorumaq da çətindir - ŞƏRH
12:43 18.10.2026
Gündəm
"Barselona" "Real"ın rekordunu təkrarlayıb
12:27 18.10.2026
Futbol
Lökbatanda anbarda yanğın olub - FOTO
12:17 18.10.2026
Hadisə
Fransada etirazlar zamanı 855 nəfər saxlanılıb
11:45 18.10.2026
Dünya
Litvada PUA səbəbindən hava həyəcanı elan edildi
11:39 18.10.2026
Dünya
Bakı metrosu ilə bağlı MÜJDƏ - Hər kəs bunu gözləyirdi
11:34 18.10.2026
İnfrastruktur
İsraillə müharibə olarsa, NATO Türkiyəni tək qoyacaq
11:31 18.10.2026
Dünya