Xəstəxanalarda ehtiyat çarpayı yeri qalmayacaq
Yusif Nəzərli
04:10 11.02.2022
Sağlamlıq
997
Təkcə ali məktəblər deyil, bütün ümumtəhsil müəssisələri ən azı iki həftəlik qapadılmalıdır
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev ali məktəblərdə qış tətilinin 10 gün uzadılmasını təklif edir. M.Quliyev bildirib ki, koronavirusun "Omikron" ştammına kütləvi yoluxma ölkəmizdə bir aydan çoxdur davam edir. Yoluxma pik həddinə çatmaqdadır:
"Omikron" ştammı yüngül klinik əlamətlərlə, az ağırlaşma ilə müşahidə olunsa da, yüksək yoluxuculuq xassəsi ilə fərqlənir. Remissiya dövrü qısadır. Az vaxtda çoxlu sayda insanların yoluxmasına səbəb olduğundan iş və tədris rejiminin pozulmasına gətirib çıxarır. Buna görə də "Omikron" infeksiyasının geniş yayılmasının qarşısının alınması dünyada sərt lokdaunla deyil, lokal qapanmalarla daha effektiv hesab edilir".
O qeyd edib ki, Azərbaycanda belə lokal qapanmaları ayrı-ayrı orta məktəblərdə, siniflərdə və uşaq bağçalarında görürük:
"Ali məktəblərdə qış tətili fevralın 15-də bitir. Yeni təhsil sessiyasının başlanması "Omikron" ştammı epidemiyasının pik dövrünə təsadüf edir. Ona görə də gələn həftələr içərisində yeni alovlanma ilə qarşılaşma təhlükəsi var. Bir qrupda, fakültədə, kursda onlarla tələbənin və müəllimin yoluxma ehtimalı olduqca yüksəkdir. Bütün bunları nəzərə alaraq təklif edirəm ki, təhsil müəssisələrində qış tətilinin müddəti 7-10 gün uzadılsın. Yaxud yaz sessiyasının dərsləri fevral ayının sonuna kimi yalnız onlayn qaydada keçirilsin".
Təklif barədə fikirlərini "Şərq"lə bölüşən təhsil eksperti Elçin Əfəndi dərslərin distanta keçirilməsi ilə razılaşdığını bildirib:
"Tətilin uzadılmasının isə əleyhinəyəm. Çünki tələbələrin dərslərə qoşulması vacibdir. Dərslərin onlayn keçirilməsi təkcə ali deyil, həmçinin ümumi təhsil müəssisələrinə ən azı iki-üç həftəlik tətbiq edilməlidir. Əks halda "Omikron" ştammına yoluxma pik həddə çatacaq. Artıq aktiv xəstə sayı demək olar ki, 50 mindən çoxdur. Belə olduğu halda bir müddətdən sonra mövcud xəstəxanalarda çarpayı ehtiyatı olmayacaq. Bu isə ümumi aktiv xəstə saylarının daha da artımına gətirib, çıxaracaq. Nəticə etibarilə mütləq distant təhsilə keçməliyik. Lokal yox, ümumi qapadılma tətbiq olunmalıdır".
Ekspert diqqətə çatdırıb ki, demək olar ki, hər bir ailənin təhsillə əlaqəli üzvü var:
"Diqqət etsək, 2020-ci ilin mart ayında 2-3 nəfərdən görə ənənəvi tədris distantla əvəz olundu. Hazırda isə demək olar ki, 8 minə yaxın günlük yoluxma olur. Peyvəndə güvənərək qapadılmaya getmiriksə, bunun özü yanlışdır. Çünki ölüm faktı əvvəlki kimi deyil. Gündəlik 20-30 nəfər koronavirusdan vəfat edir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:12 21.08.2026
Dünya
Vens: İranı məğlub etməyin ən yaxşı yolu budur
13:32 21.08.2026
Dünya
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
13:29 21.08.2026
Ekologiya
İsmayıllıda toyda 31 nəfər zəhərlənib - YENİLƏNİB
13:12 21.08.2026
Hadisə
Daşkəsəndə iri qaya parçaları yolu bağlayıb
12:57 21.08.2026
Hadisə
İtlər bu yaşda qocalırlar
12:09 21.08.2026
Maraqlı
Elm dünyası şokda! Yeni orqan kəşf edildi
11:31 21.08.2026
Sağlamlıq
Alyaskada təyyarə qəzaya uğrayıb, 8 nəfər ölüb
10:54 21.08.2026
Dünya
MSK sədri Qazaxıstanda parlament seçkilərini müşahidə edəcək
10:31 21.08.2026
Siyasət
Suren Papikyana qarşı üsyan başlayır
10:28 21.08.2026
Region
KİV: Çin süni intellekt sahəsində ABŞ-yə sürətlə yaxınlaşır
09:57 21.08.2026
Dünya
Vyetnam rusları deportasiya etdi
09:49 21.08.2026
Dünya
Yerdən 23 dəfə ağır qeyri-adi planet aşkarlandı
09:19 21.08.2026
Maraqlı
Dünya bazarlarında neft ucuzlaşıb
09:09 21.08.2026
İqtisadiyyat
Çimərlikdə ilan panikası: Dənizdən sahilə çıxdı
09:01 21.08.2026
Hadisə
Bakının bu küçələrində sıxlıq var - SİYAHI
08:59 21.08.2026
Cəmiyyət