Yeməyinizə, içməyinizə diqqət edin!
23:56 18.08.2021
Sağlamlıq
578
Son günlər ölkəmizin bir çox bölgələrində isti hava müşahidə olunur. Həkimlər isti havanın hətta ürəyindən şikayəti olmayan insanlar üçün belə təhlükəli, riskli olduğunu deyir. Bəs istilərdən qorunmaq üçün nələr edilməlidir?
Həkim qastroenteroloq-hepatoloq Fərrux Nağıyev "Şərq"ə açıqlamasında deyib ki, çox isti hava insan sağlamlığı üçün müəyyən təhlükələr yaradır: "İstidə bütün orqan və sistemlər, xüsusilə ürək-damar, nəfəsalma, endokrin, sidik ifrazı və s. yüklənir ki, bu da onlarda pozulmaların riskini artırır. Belə vəziyyətdə sağlamlığı qorumaq üçün bəzi tövsiyələrə riayət etmək lazımdır. İlk növbədə qəbul etdiyimiz qidaların miqdarını azaltmaq lazımdır. Gün ərzində tez-tez (4-5 dəfə) və daha az yemək lazımdır. Ümumiyyətlə, yemək porsiyaları azaldılmalıdır. Qidalanmaya süd məhsullarını (qatıq, ayran, kəsmik və s.) artırmaq məsləhətdir. Bu məhsullar orqanizmin isti havada pozulan turşu-qələvi balansını bərpa edir, onu daha qələvi edir. Alimlərin fikrinə görə, orqanizmin turşu-qələvi balansının pozulması, onun daha "turş" olması bir çox xəstəliklərin, o cümlədən xərçəngin əsas səbəblərindən biridir. Qidalanmada meyvə, tərəvəz, göyərti daha çox, ət daha az olmalıdır. Meyvə-tərəvəz və göyərtilər də pozulmuş turşu-qələvi balansını bərpa edir. Ümumiyyətlə, bağlı və qızardılmış qidalar, şirniyyatlar (tort, pirojna və s.) rasiondan xaric edilməlidir. Gün ərzində 2 litr təmiz qazsız su içilməsi məsləhətdir. Həmçinin, isti havada spirtli içkilərdən imtina edilməlidir. Ədviyyatlardan isə olduqca daha az istifadə edilməsi məsləhətdir. Çünki ədviyyatlar qan dövranını və maddələr mübadiləsini sürətləndirir, orqanizmə istilik verir".
Həkim-pulmonoloq Nərminə Rəfiyeva isə "Şərq"ə açıqlamasında deyib ki, istilərdən qorunmaq üçün ilk növbədə, zərurət olmadıqda evdən çıxmamaq məsləhətdir: “Bu məsləhət təkcə xroniki xəstəlikləri olan insanlar üçün deyil, hamıya aiddir. Otaqların havalandırılmasına xüsusi diqqət yetirmək lazımdır. İsti havada enerjiyə tələbat aşağı düşdüyünə görə, yayda kalorili yeməklər orqanizmə çox lazım deyil. Çoxlu çay, meyvə şirəsi, mineral su, vitaminli içkilər qəbul edilməlidir. Tərkibində şəkər olan qazlı sular, energetik içkilər və alkoqollu içkilər məsləhət deyil. Gün ərzində ən azı 1,5-2,0 litr su içilməlidir. Böyrək və ürək-damar xəstəlikləri olan insanlar xüsusilə maye qəbulunu çoxaltmamalıdır”.
Həkimin sözlərinə görə, pandemiya dövründə yaşadığımıza görə, immuniteti də mütləq möhkəmlətmək lazımdır: “Bunun üçün çoxlu meyvə-tərəvəz qəbulu mütləqdir. Gün ərzində imkan olduqca çox isti olmayan ilıq duş qəbul edin. Bu sadə qaydalara riayət edilsə, özümüzü qızmar günəşdən və isti havadan qorumuş olarıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə