Yeni doğulan körpələrin orqanizmində MİKROPLASTİKLƏR AŞKARLANDI
19:04 06.02.2022
Sağlamlıq
436
Aparılmış yeni tədqiqat çərçivəsində insan ciftində və hətta yeni doğulmuş körpələrin orqanizmlərində mikroplastiklər (plastik materialların kiçik hissəcikləri) aşkar edilib.
Sherg.az TED.az-a istinadən xəbər verir ki, məlum olub ki, uşaqların mikroplastikləri udmalarının qarşısını almaq demək olar mümkün deyil. Bu prosesin hələ onların ana bətnində olduqları vaxtda baş verdiyini nəzərə alsaq, mövcud problemin ciddiliyini anlamaq elə də çətin olmaz. Alimlərin fikirlərinə əsasən mikroplastiklər böyüklərdən daha çox uşaqlar üçün ciddi təhlükə mənbəyi daşıyırlar.
“Ola bilsin ki, uşaqlar böyüklərdən fərqli olaraq mikroplastiklərin təsirlərinə daha çox məruz qalırlar. Heç kim uşaqların hansı miqdarda mikroplastikləri udduqlarını deyə bilməz. Lakin aparılmış bir neçə tədqiqat nəticəsində məlum olub ki, uşaqlar mikroplastikləri hələ ana bətnində olduqları zaman udmağa başlayırlar. Bu isə çox narahatedici məsələdir” - deyə, mütəxəssislər qeyd ediblər. Aparılmış tədqiqatın nəticəsi dünyada yayılan mikroplastiklərin miqyasını və onların daşıdıqları potensial təhlükəni təsdiqləyir. Mikroplastiklərin uşaqların sağlamlıqlarına necə təsir göstərdikləri barəsində hələ yetəri qədər araşdırma aparılmayıb.
“Balaca uşaqlarda immun sistemi inkişaf mərhələsində olur. Bundan əlavə olaraq, balaca uşaqlar beynin inkişafı üzrə vacib mərhələdə olurlar. Məhz bu faktorlar uşaqları bir çox şeyə qarşı həssas edirlər” - deyə, mütəxəssislər əlavə ediblər.
Mütəxəssislər ümid edirlər ki, onların aparmış olduqları tədqiqatların nəticələri həkimlərə, alimlərə və valideynlərə müasir uşaqların mikroplastiklərdən necə qorunmaları üsullarını tapmaqda yardımçı olacaq. Lakin mütəxəssislər xəbərdarlıq ediblər ki, bu riskdən tamamilə yayınmaq mümkün deyil.
Ev tozunda və qida məhsullarında mövcud olan mikroplastiklər də daxil olmaqla bir çox faktor bu cür qorunmanı mümkünsüz edir. Buna baxmayaraq bəzi tədbirlərin görülməsində fayda var. Mütəxəssislər valideynlərə plastik materiallarla qarşılıqlı əlaqədə olan qida məhsullarını öz övladları üçün məhdudlaşdırmağı və evlərdə daimi şəkildə nəm təmizləmə aparmağı məsləhət görürlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İqbal 5 ildir sudan çıxmır, yeməyini belə orada yeyir!
15:38 21.08.2026
Maraqlı
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə hücum edildi
15:29 21.08.2026
Dünya
Rusiyanın Patriarxı II Qaregini təbrik edib
15:14 21.08.2026
Dünya
Bakının yaşıllıqları ilə bağlı HƏYƏCAN
15:08 21.08.2026
Ekologiya
Rusiyada deputatlığa namizəd saxlanıldı
15:02 21.08.2026
Dünya
Moskava anti-Azərbaycan təbliğatı yenidən güclənir - RƏY
14:53 21.08.2026
Siyasət
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:12 21.08.2026
Dünya
Vens: İranı məğlub etməyin ən yaxşı yolu budur
13:32 21.08.2026
Dünya
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
13:29 21.08.2026
Ekologiya
İsmayıllıda toyda 31 nəfər zəhərlənib - YENİLƏNİB
13:12 21.08.2026
Hadisə
Daşkəsəndə iri qaya parçaları yolu bağlayıb
12:57 21.08.2026
Hadisə
İtlər bu yaşda qocalırlar
12:09 21.08.2026
Maraqlı
Elm dünyası şokda! Yeni orqan kəşf edildi
11:31 21.08.2026
Sağlamlıq
Alyaskada təyyarə qəzaya uğrayıb, 8 nəfər ölüb
10:54 21.08.2026
Dünya