
“Zəhər”ə də zəhər qatırlar! – “Saxta spirtli içkilər satılır”
Yusif Nəzərli
14:50 31.10.2022
Sağlamlıq
802
“AQTA-nın gördüyü işlər dəryada damladır”
"İçki seqmentinin bərbad vəziyyətdə olduğunu 3 il bundan öncə Daxili işlər nazirliyinin baş mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsi ifşa etdi”
“Onlar sübut etdilər ki, çoxsaylı brend içkilər, ən məşhur dükanlarda belə saxtadır və butulkalara doldurularaq satılır”
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Qızıl Tac” şadlıq sarayında saxtalaşdırma yolu ilə spirtli içkilərin istehsal olunduğunu aşkarlayıb.
Belə ki, daxil olmuş məlumat əsasında Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsi 15A ünvanında fəaliyyət göstərən Fiziki şəxs Şirinov Vüsal Telman oğluna məxsus “Qızıl Tac” şadlıq sarayında plandankənar yoxlama həyata keçirilib.
Yoxlama zamanı şənlik mərasimində istifadə üçün nəzərdə tutulmuş aşkar saxtalaşdırılma əlamətləri olan 3 ədəd 1 litrlik, 10 ədəd 0,7 litrlik “Organic Line” əmtəə nişanlı və 1 ədəd 0,7 litrlik “Mынсkъ” əmtəə nişanlı alkoqollu içkiləri aşkar edilib.
Araşdırma zamanı qanunsuz olaraq saxta spirtli içkilərin istehsalında araq butulkalarından təkrar istifadə olunmaqla, həmçinin başlıq hissələrinin kustar üsulla hazırlanaraq bərkidildiyi, eyni zamanda malların orijinalından kəskin fərqləndiyi müəyyən edilib.
Aşkar olunmuş faktla bağlı dərhal alkoqollu içkilərin realizasiyası dayandırılmış və məhsullar möhürlənərək saxlanca verilib. Müayinələrin aparılması üçün məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub.

Bu işlərin qarşısını almaq üçün ilk növbədə qanunvericiliyə baxmalı olduğumuzu deyən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov "Sherg.az"a bildirib ki, AQTA-nın gördüyü işlər dəryada damladır:
"İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanun 1995-ci ildə qəbul olunub və ondan bu yana 7 dəfə dəyişiklik olub. Bu dəyişikliklərin hər biri isə istehlakçıların ziyanınadır. Dünyada bazardan sürətlə inkişaf edən heç bir subyekt yoxdur. Bazarlar inkişaf etsə də, istehlakçıların hüququnu qoruyan qanun, yerindəcə qalır. Biz Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əsasnaməsinə baxsaq görəcəyik ki, orada qidanın keyfiyyətindən yox, təhlükəsizliyindən söhbət gedir. Üstəlik qanunvericilikdə təhlükəli malın satılması barəsində məlumat verildikdə, hansısa dövlət orqanının onun qarşısını alması barəsində heç bir şey yoxdur. Verilən nöqsanın qarşısının alınması ən azı 5 gün çəkəcəkdir. Çünki ortada bürokrat prosedur var.Ona görədə Azad İstehlakçılar Birliyi (AİB) cəld reaksiya mexanizminin yaradılmasını təklif edir. Bunun isə AQTA-ya cəld müdaxilə səlahiyyəti vermək lazımdır.
Sədr bildirib ki, içki seqmenti çox bərbad vəziyyətdədir:
"İçki seqmentinin bərbad vəziyyətdə olduğunu 3 il bundan öncə Daxili işlər nazirliyinin baş mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsi ifşa etdi. Onlar sübut etdilər ki, çoxsaylı brend içkilər, ən məşhur dükanlarda belə saxtadır və butulkalara doldurularaq satılır. Ona görə də bu kimi halların qarşısını almaq üçün baş mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsinə səlahiyyətlər verilməlidir. Çünki onlar təkcə ifşa etmir, həm də cinayət işi qaldırırlar. Ümumiyyətlə, qanunları dəyişmək lazımdır. Mən keçən dəfə Ombudsman aparatı ilə görüş keçirib, bu məsələlərin həlli üçün vəsatət qaldırdım. Hazırda isə ayrı ayrı deputatlarla işlər aparılır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Prezident: Hazırda Ermənistanla ticari münasibətlərimizi artırırıq
18:37 04.02.2026
Dünya
Son 4 ayda 4 rekord: Mask dünyada ilkə imza atdı
18:24 04.02.2026
Dünya
Türkiyə üçün Pəhləvinin önə çıxarılması risklidir - RƏY
18:19 04.02.2026
Gündəm
Mehriban Ələkbərzadəyə vəzifə verildi
17:42 04.02.2026
Media
“Sərhəddə gərginlik yox, sülh üstünlükdədir” - ŞƏRH
17:39 04.02.2026
Gündəm
Tramp İranla danışıqları dayandıra bilər
17:23 04.02.2026
Gündəm
Rusiyadakı soydaşlarımız böyük risk altındadır - Fuad Abbasov
17:08 04.02.2026
Gündəm
İranda xaşxaş əkininə icazə verildi
17:01 04.02.2026
Region
Qahirədə Ərdoğan və Sisi arasında təkbətək görüş keçirildi
16:54 04.02.2026
Dünya
Zaxarovadan Türkiyəyə çağırış: Onlara mane olun!
16:53 04.02.2026
Gündəm
İsrailin elmi nailiyyətləri Azərbaycana yol açır - Ekspert
16:48 04.02.2026
Texnologiya
Sosial problemlər uşaqları müdafiəsiz qoyur - Mehriban Zeynalova
16:36 04.02.2026
Cəmiyyət