
Millət vəkili: "Azərbaycan-Gürcüstan arasında bütün sahələrdə əməkdaşlıq genişlənir"
11:27 17.04.2025
Siyasət
528
"Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilinin aprelin 16-da Azərbaycana səfəri olmuşdur. Dövlət başçılarının qarşılıqlı səfərləri beynəlxalq münasibətlər sistemində çox mühüm rol oynayır. Bu səfərlər iki ölkə arasında siyasi, iqtisadi, diplomatik və mədəni əlaqələrin möhkəmləndirilməsi üçün vacibdir".
Bu barədə "Sherg.az"a açıqlamasında Milli Məclisin üzvü Şahin Seyidzadə deyib.
Deputat bildirib ki, Azərbaycan-Gürcüstan münasibətləri bütün sahələr üzrə inkişaf edir:

"Bu baxımdan Azərbaycan və Gürcüstan arasında qurulmuş dostluq və strateji tərəfdaşlıq münasibətləri regionun sabitliyi və inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Tarixi, mədəni və coğrafi yaxınlıq bu iki xalq arasında möhkəm əlaqələrin formalaşmasına zəmin yaratmışdır. Müstəqillik illərindən bəri Azərbaycan və Gürcüstan arasında siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlıq ardıcıl olaraq genişlənməkdədir. İki ölkə arasında siyasi dialoq yüksək səviyyədə aparılır. Müxtəlif səviyyələrdə keçirilən qarşılıqlı səfərlər və görüşlər strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsinə xidmət edir. Azərbaycan və Gürcüstan beynəlxalq təşkilatlarda da bir-birinin mövqeyini dəstəkləyir və ortaq maraqları müdafiə edirlər".
Parlament üzvü vurğulayıb ki, Azərbaycan və Gürcüstan Cənubi Qafqazda mühüm geosiyasi mövqe tutan ölkələr olaraq bölgədə sülhün, sabitliyin və tətəhlükəsizliyin təmin edilməsində əhəmiyyətli rol oynayırlar:
"Hər iki ölkə bir-birinin ərazi bütövlüyünü dəstəkləyir və strateji əməkdaşlıq çərçivəsində enerji, nəqliyyat və iqtisadi layihələrdə sıx əməkdaşlıq edirlər. Əməkdaşlığın mühüm sahələrindən biri enerji və nəqliyyat sektorudur. Bakı-Tbilisi-Ceyhan neftkəməri, Bakı-Tbilisi-Ərzurum qazkəməri və Bakı-Tbilisi-Qars dəmiryolu layihələri bu tərəfdaşlığın uğurlu nümunələridir. Hər üç layihə yalnız Azərbaycan və Gürcüstan üçün deyil, bütövlükdə region üçün strateji əhəmiyyət daşıyır və Avropa ilə Asiya arasında körpü rolunu oynayır. İqtisadi sahədə də tərəflər arasında ticarət dövriyyəsi artmaqdadır. Hər iki ölkənin sahibkarları birgə layihələrdə iştirak edir, sərmayə qoyuluşu həyata keçirirlər. Azərbaycan Gürcüstanın əsas ticarət tərəfdaşlarından biridir və eyni zamanda bu ölkədə əhəmiyyətli iqtisadi layihələrə sərmayə yatırır".
Deputat qeyd edib ki, humanitar sahədə də əməkdaşlıq uğurla davam edir:
"Təhsil, mədəniyyət və turizm sahələrində həyata keçirilən birgə proqramlar xalqlar arasında qarşılıqlı anlaşmanı və dostluğu gücləndirir. Gürcüstanda yaşayan azərbaycanlı icması və Azərbaycanda yaşayan gürcülər bu əlaqələrin sosial təməlini təşkil edir. Azərbaycan və Gürcüstan arasında Parlamentlərarası əlaqələr bağlı bildirim ki, hər iki dövlətlər arasında siyasi, iqtisadi, mədəni və hüquqi sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi, qarşılıqlı təcrübə mübadiləsi və beynəlxalq münasibətlərin möhkəmləndirilməsidir. Nəticə etibarilə, Azərbaycan-Gürcüstan münasibətləri qarşılıqlı hörmət, etimad və strateji maraqlara əsaslanır. Bu münasibətlərin daha da inkişaf etdirilməsi regionda sülhə, sabitliyə və rifaha töhfə verir".
Qalereya
Oxşar xəbərlər
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib - YENİLƏNİB
18:50 08.10.2026
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfransın yekun bəyannaməsi qəbul edilib
17:54 08.10.2026
Xəbər lenti
Hamısına bax
BMT-nin ölkəmizdəki Rezident Əlaqələndiricisi ilə görüş keçirilib
18:35 08.10.2026
Gündəm
Beynəlxalq səyyahlar Ağdamda olublar - YENİLƏNİB
18:30 08.10.2026
Sosial
Türkiyənin F-35 proqramına qayıtması mümkündür - Hərbi ekspert
18:10 08.10.2026
Gündəm
Abbas Əraqçi: ABŞ-dən təkliflər almışıq, tezliklə cavab verəcəyik
18:01 08.10.2026
Aktual
Zaxarovanın sözləri Almaniyaya təhdid mesajıdır - POLİTOLOQ
17:53 08.10.2026
Siyasət
Pezeşkian Xəzər dənizi ilə bağlı xəbərdarlıq etdi
17:35 08.10.2026
Cəmiyyət
Türkiyə husilərə hücum edəcək? - Hakan Fidan açıqladı
16:54 08.10.2026
Gündəm
Bakıda “Türkiyə-Azərbaycan Dostluq Konserti” keçiriləcək
16:53 08.10.2026
Mədəniyyət
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
16:35 08.10.2026
Hadisə
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul etdi
16:01 08.10.2026
Gündəm
Abşeronda motoxuliqanlıqla bağlı 23 nəfər saxlanılıb
15:54 08.10.2026
Hadisə
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edilib
15:31 08.10.2026
Cəmiyyət
Rusiya Ermənistana Fransa ilə bağlı xəbərdarlıq etdi
15:05 08.10.2026
Dünya