
Ermənistan sərhədləri açmağa hazırdır? -RƏY
23:03 10.06.2025
Siyasət
313
İrəvan sülhü imzalamaq üçün zəruri tələbləri icra etməlidir
Ermənistan Dövlət Gəlirlər Komitəsi (DGK) Türkiyə və Azərbaycanla sərhədlərin açılması halında bütün ssenarilərə hazırdır. Ermənistanın DGK sədri Eduard Akopyan bildirib ki, onların vəzifəsi istənilən ssenaridə gömrük nəzarətini təşkil etməkdir: "Əgər biz blokadanın aradan qaldırılması və sərhədlərin açılmasından danışırıqsa, sadəcə buna hazır olmaq lazımdır. Biz hazırıq. Müvafiq avadanlıq və mexanizmlərlə təchiz edilmiş "Marqara" məntəqəmiz var ki, bu da istənilən ssenariyə uyğunlaşmağa və gömrük nəzarətini həyata keçirməyə imkan verir".
Bakı Dövlət Universitetinin professoru, siyasi elmlər doktoru Sabir Məmmədli "Sherg.az"a deyib ki, "Marqara" məntəqəsinin hazır olması barədə xeyli müddətdir müzakirələr gedir. Ancaq professor hesab edir ki, Ermənstanın həqiqətən bu əlaqələrə hazır olub-olmadığını aydınlaşdırmaq lazımdır:

"Erməni rəsmilər blokadadan danışırlar, ancaq 30 ildə bir dəfə də olsun Naxçıvanın blokadada olmasından danışmayıblar. Açıqlamaların hamısı ona yönəlib ki, guya Ermənistan hər şeyə hazırdır, İrəvan tərəfdən heç bir problem yoxdur və s. Əgər heç bir problem yoxdursa, o zaman Ermənistan beynəlxalq hüquq normalarına əsaslanan öhdəlikləri yerinə yetirsin. İndiyədək törətdikləri vəhşilikləri, yaratdıqları problemləri etiraf etsin. Nikol Paşinyan ötən həftə təmtəraqlı açıqlamalar verdi, sülhdən danışdı, hətta Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik etdi. Amma bunların hamısı əməli fəaliyyəti keçməyən söhbətlər olaraq qalır. Ermənistan tərəfi faktiki heç bir real addım atmır. İrəvan hökuməti indiyədək itkin düşən vətəndaşlarımızla bağlı hansısa məlumat veribmi? Bir dəfə olsun minalanmış ərazilərin normal xəritəsini təqdim edibmi? Təzminat məsələsini gündəmə gətiribmi? Qətiyyən yox".
S.Məmmədli vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərimizdə tamamilə məhv edilmiş infrastruktur 50 ilə yaranmamışdı, əsrlər boyu tədricən formalaşmışdı:
"Ermənistan tərəfi bizim torpaqlarımızda törətdiyi barbarlıqla bağlı bir dəfə olsun üzrxahlıq etməyib. Ərazilərimizi ekoloji terrora məruz qoyublar və bununla bağlı peşmanlıqlarını dilə gətirməyiblər. Ermənistan rəhbərliyi Qərbi Azərbaycandan olan soydaşlarımızın doğma yurdlarına qayıtması ilə bağlı heç bir təşəbbüs göstərməyib. Sadəcə, ara-sıra informasiya ortaya atırlar ki, "sülhə hazırdırlar", "müqaviləni imzalamaq üçün problem yoxdur". Əslində, Azərbaycan tərəfi sülhə tam hazırdır, amma Ermənistan sülhü imzalamaq üçün zəruri tələbləri icra etməlidir. İrəvan hökumətinin təmsilçiləri sözdə sülhdən danışsalar da, reallıqda əməli addımlar atmırlar".
Qalereya
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kino Agentliyinə yeni şöbə müdiri təyin edilib
17:39 13.01.2026
Mədəniyyət
Zelenski: Rusiyanın “kölgə donanması”nın azı 20%-i dayandırılıb
17:15 13.01.2026
Dünya
Xocalıda yanğına səbəb olan şəxs saxlanılıb - FOTO
17:08 13.01.2026
Hadisə
"Qalatasaray"da Fatih Terim səsləri: “Tək çıxış yolu budur”
17:00 13.01.2026
Futbol
Cənubi Koreyanın sabiq prezidentinə ölüm cəzası istənilib
16:53 13.01.2026
Dünya
Bəs Təhminə ölməsəydi?
16:52 13.01.2026
Cəmiyyət
"Barselona" sabiq futbolçusunu icarəyə götürdü
16:49 13.01.2026
Futbol
Avropa İttifaqı İrana qarşı əlavə sanksiyalar təklif edəcək
16:25 13.01.2026
Gündəm
Ukraynanın Ali Baş Komandanı: Rusiyanın Odessa planını pozduq
16:07 13.01.2026
Dünya
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
16:05 13.01.2026
Hadisə
Xamenei ilə bağlı açıqlama: Ya bu ölkəyə qaçacaq, ya da...
15:58 13.01.2026
Gündəm
“Çeçenistanda varislik modeli üzərində hazırlıq gedir” - ŞƏRH
15:48 13.01.2026
Dünya
Qazaxıstan Prezidentinin ABŞ üzrə nümayəndəsi təyin edildi
15:41 13.01.2026
Gündəm
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
14:53 13.01.2026
Aktual