İyulun 9-da Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ilə təkbətək görüşüb. Daha sonra tərəflər geniş tərkibdə görüş keçiriblər. Dövlət başçısı ötən müddət ərzində Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin uğurla inkişaf etdiyini deyib. Çox uğurla inkişaf edən əməkdaşlıqla bağlı geniş spektrli məsələlərin müzakirə edildiyini bəyan edib:
“Biz tərəfdaşlığımızı yeni səviyyəyə yüksəltməyə nail olmuşuq. Əminəm ki, səfər çox uğurlu olacaq. Əlbəttə ki, biz gündəliyimizdə duran məsələləri müzakirə edəcəyik və Avropa İttifaqı ilə Azərbaycan arasında gələcək əməkdaşlığı planlaşdıracağıq. Əminəm ki, qarşıdakı illərdə biz tərəfdaşlığın müsbət məcrada inkişafını davam etdirəcəyik, bu da Azərbaycanın maraqlarına xidmət edir. Ümidvaram ki, uğurla həyata keçirdiyimiz bütün layihələr yaxşı nəticələr verəcək”. Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk da öz növbəsində bildirib ki, onun niyyəti Avropada Azərbaycanla mümkün qədər ən yaxşı əlaqələrə sahib olmağın nə dərəcədə mühüm olduğunu vurğulamaqdan ibarətdir: “Mən Sizin səylərinizi həqiqətən qiymətləndirirəm. Siz hər zaman çox konstruktivsiniz və çox müsbət və konstruktiv rolunuz sayəsində bizim görüşlərimiz də olduqca səmərəli keçir”.
Dövlət başçısı İlham Əliyevin Aİ Şurasının prezidenti Donald Tuskla görüşünü “Sherg.az”a dəyərləndirən BAXCP sədrinin müşaviri, siyasi ekspert Azər Qasımov deyib ki, Azərbaycanın Avropaya inteqrasiyası dövlət kimi möhkəmlənməyimizin və inkişafımızın başlıca şərtlərindən biridir.
Politoloqun sözlərinə görə, Azərbaycanın Avropanın nüfuzlu təşkilatları ilə əməkdaşlıq etməsi ilk növbədə dövlətimizin reytinqinin artması baxımından olduqca vacibdir:
“Dövlət başçısı Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla görüşündə əsas müzakirələr təhlükəsizlik məsələləri ilə bağlı olub. Əslində təhlükəsizlik sahəsində Azərbaycanın Avropaya ehtiyacı olduğu qədər Avropanın da Bakıya ehtiyacı var. Tezliklə Yunanıstan, İtaliya və digər Avropa ölkələrini mavi yanacaqla təmin edəcək Cənub Qaz Dəhlizinin “Şahdəniz 2” yatağından çıxan qaz kəməri də işə düşəcək. Bu kəmərlər Avropanın Rusiyadan asılılığını əhəmiyyətli dərəcədə azaldacaq. Yəni bizim Avropanın təhlükəsizliyinə verdiyimiz töhfə Avropanın Azərbaycanın təhlükəsizliyinə verdiyindən az deyil”.
Analitik bildirib ki, Avropanın nüfuzlu qurumları ilə əməkdaşlıq eyni zamanda Dağlıq Qarabağ həqiqətlərinin Avropaya çatdırılmasında, erməni təbliğatının iflasa uğradılmasında vacib platformalardır:
“Avropada çalışan sadə azərbaycanlılar ölkə rəhbərliyini nümunə götürərək müxtəlif təşkilat və qurumlarda dövlətimizin nüfuzunun artırılması üçün çalışmalıdırlar. Belə görüşləri yüksək qiymətləndirir və dəstəkləyirik”.
Avropanın Bakıya ehtiyacı var: Azərbaycan Qərbin enerji təhlükəsizliyində mühüm rol oynayır
16:52 09.07.2019
Siyasət
680
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Britaniya bıçaq satışına nəzarəti gücləndirir
05:21 27.01.2025
Dünya
Bolqarıstanda yeni hökumət etimadsızlıq səsverməsi ilə üzləşib
04:33 27.01.2025
Dünya
Bu ölkə ABŞ təyyarəsini qəbul etmədi - Tramp cəzalandırdı
03:25 27.01.2025
Gündəm
112 yaşına qədər yaşayan kişinin sirri
03:17 27.01.2025
Sağlamlıq
Tramp İranla müharibə istəmədiyinə işarə etdi - ŞƏRH
02:24 27.01.2025
Siyasət
Saçları gücləndirir, dərini gözəlləşdirir
02:03 27.01.2025
Sağlamlıq
Kir Starmer ilə Donald Tramp arasında telefon danışığı olub
01:40 27.01.2025
Siyasət
Samuxda ağır qəza, 1-i azyaşlı olmaqla 4 nəfər xəsarət alıb
01:00 27.01.2025
Hadisə
ABŞ-yə etiraz Kolumbiyaya baha başa gəlib
00:39 27.01.2025
Dünya
Mingəçevirdə ər-arvad dəm qazından ZƏHƏRLƏNDİ
23:34 26.01.2025
Hadisə
Xaçmazda 22 yaşlı gənc bıçaqlanıb
23:13 26.01.2025
Hadisə
Hindistan və İran vətəndaşları Ermənistanda casusluq edir
22:47 26.01.2025
Region
MİT başqanı Suriyada Colani ilə görüşdü
22:06 26.01.2025
Dünya
“Exit-poll”: Lukaşenko 87,6% səslə seçkilərdə qalib gəlib
21:43 26.01.2025
Dünya
İmişlidə yanğın: Yüzdən çox ev quşu tələf oldu
20:57 26.01.2025
Hadisə
Qərb də razılaşıb, rus ordusu çıxmayacaq - Lukaşenko
20:32 26.01.2025
Dünya
Hakan Fidan İraq prezidenti və baş naziri ilə görüşdü
19:45 26.01.2025
Dünya
Xəzərdəki zəlzələlərlə bağlı mühüm açıqlama...
19:28 26.01.2025
Ekologiya
Məşhur USAİD Ukraynaya yardımı dayandırdı
18:22 26.01.2025
Dünya
Xəzər dənizində zəlzələ olub
18:01 26.01.2025
Hadisə