“Donald Tuskun Azərbaycanla bağlı açıqlamaları ölkəmizlə Avropa İttifaqı arasındakı münasibətlərin hansı səviyyədə olmasından xəbər verir”.
Bunu “Sherg.az”a açıqlamasında “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı deyib.
Birlik rəhbəri bildirib ki, Tuskun sözləri rəsmi Aİ-nin Bakıya verdiyi yüksək dəyər və önəmin göstəricisidir:
“Avropa İttifaqı Şurasının prezidenti xüsusi olaraq bəyan etdi ki, Aİ Azərbaycanla əməkdaşlığın dərinləşməsində maraqlıdır. Şübhəsiz ki, bu diqqət ilk növbədə Azərbaycanın hərtərəfli və sürətli inkişafı ilə bağlıdır. Eyni zamanda Azərbaycanın Avropa institutları ilə uzun zamandan bəri apardığı səmərəli və konkret məqsədlərə hesablanan fəaliyyətinin nəticəsidir. Fikrimcə, Aİ kimi mötəbər bir qurumun rəhbərinin pozitiv bəyanatları tərəflər arasındakı münasibətlərin mühüm mərhələsinin başlanğıcıdır”.
Ekspertin sozlərinə görə, Tuskun ölkəmizlə bağlı bəyanatları zaman-zaman Avropanın bəzi siyasi mərkəzlərinin Azərbaycanı təhdid etməsinə ən yaxşı cavabdır:
“Bu mənzərə qərəzli dairələrin Azərbaycan ətrafında mənfi imic yaratmaq cəhdini darmadağın etdi. Azərbaycan tərəfi hər zaman bütün dövlətlərlə qarşılıqlı hörmətə əsaslanan münasibətləri dəstəkləyir. Bu əlaqələrin dərinləşməsi üçün addımlar atır. Tuskun açıqlamaları da göstərir ki, Avropa ölkələri, eyni zamanda qitənin nüfuzlu qurumları Azərbaycanla əməkdaşlıqda maraqlıdırlar”.
“Tusk Azərbaycana qərəzli olan dairələrin cəhdlərini darmadağın etdi”
16:50 10.07.2019
Siyasət
675
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İlham Əliyev təyyarə qəzası ilə bağlı müşavirə keçirib - YENİLƏNİB
16:21 25.12.2024
Gündəm
Təyyarədə olanlardan 10 nəfəri Balakəndəndir - SİYAHI
16:07 25.12.2024
Hadisə
Ərdoğan İlham Əliyevə zəng edib
15:54 25.12.2024
Siyasət
Analitik: Ukrayna qisas axtarsa məğlub olacaq
15:37 25.12.2024
Dünya
Dekabrın 26-da Azərbaycanda matəm elan edilib
15:32 25.12.2024
Gündəm
Kibercinayətkarlığa qarşı qlobal mübarizə genişlənir -ŞƏRH
15:20 25.12.2024
Texnologiya
Keçəlliyə yeganə çarə: Yaşıl pomidor...
15:04 25.12.2024
Sağlamlıq
Tokayev Prezident İlham Əliyevə başsağlığı verib
14:40 25.12.2024
Gündəm
Lukaşenko təyyarə qəzası ilə bağlı Azərbaycana başsağlığı verib
14:28 25.12.2024
Dünya