“Bakıda görüşün yüksək səviyyədə keçiriləcəyindən hər iki tərəf əmindir” -
18:47 10.07.2019
Siyasət
861
“NATO və Rusiya generallarının görüş məkanı kimi Azərbaycanı seçməsi heç də təsadüfi deyil”.
Bunu “Sherg.az”a açıqlamasında siyasi ekspert Azər Həsrət deyib.
Analitik bildirib ki, Azərbaycan istər NATO ölkələri ilə münasibətdə, istərsə də Qərblə gərginlik yaşayan Rusiya ilə əlaqələrdə balansı qoruyub saxlamağı bacarıb:
“Eyni zamanda İrana münasibətdə də rəsmi Bakı balansı qoruyub saxlayır. Bu üç tərəf arasında Azərbaycan heç bir dövlətə tam olaraq meyillənmir, həmçinin, kiməsə qarşı çıxmır.
Hər tərəf ilə çox yaxşı münasibətlər saxlayır.
Ona görə də Qərb, xüsusən də NATO-nun hərbi rəsmilərinin Rusiya nümayəndələri ilə görüş yeri kimi Bakını seçməsi başadüşüləndir. Onlar Azərbaycanı neytral bölgə kimi qəbul edirlər.
Əmindirlər ki, Azərbaycanda güvənli şəkildə qarşılıqlı görüş keçirib bütün məsələləri müzakirə edə bilərlər”.
Ekspertin sözlərinə görə, Bakıda görüşün yüksək səviyyədə keçiriləcəyindən hər iki tərəf əmindir:
“Dövlətimiz mühüm görüşlər üçün istənilən şəraiti yaratmağa qadirdir. Eyni zamanda Azərbaycanın özü istər Qərb, istərsə də Rusiya arasında münasibətlərin normallaşmasında maraqlıdır.
Bu baxımdan Rusiya və NATO rəsmilərinin görüş yeri kimi növbəti dəfə Azərbaycanı seçməsi ən doğru seçimdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İlham Əliyev təyyarə qəzası ilə bağlı müşavirə keçirib - YENİLƏNİB
16:21 25.12.2024
Gündəm
Təyyarədə olanlardan 10 nəfəri Balakəndəndir - SİYAHI
16:07 25.12.2024
Hadisə
Ərdoğan İlham Əliyevə zəng edib
15:54 25.12.2024
Siyasət
Analitik: Ukrayna qisas axtarsa məğlub olacaq
15:37 25.12.2024
Dünya
Dekabrın 26-da Azərbaycanda matəm elan edilib
15:32 25.12.2024
Gündəm
Kibercinayətkarlığa qarşı qlobal mübarizə genişlənir -ŞƏRH
15:20 25.12.2024
Texnologiya
Keçəlliyə yeganə çarə: Yaşıl pomidor...
15:04 25.12.2024
Sağlamlıq
Tokayev Prezident İlham Əliyevə başsağlığı verib
14:40 25.12.2024
Gündəm
Lukaşenko təyyarə qəzası ilə bağlı Azərbaycana başsağlığı verib
14:28 25.12.2024
Dünya