Fransa-Azərbaycan əməkdaşlığının inkişafı Fransadakı erməni lobbisini ciddi əndişəyə salıb. İyulunun 10- da ermənilərdə ibarət bir qrup şəxs Avropa Nazirliyi və Fransa Xarici İşlər Nazirliyinin qarşısına toplaşıb.
Onlar Fransanın bir neçə şəhərinin qondarma Dağlıq Qarabağ respublikası ilə Dosluq Xartiyasını ləğv etməsinə etiraz ediblər. Fransanı Azərbaycana silah satmamağa çağırıblar və bunun Ermənistan- Fransa əlaqələrinin ruhuna zidd olduğunu dilə gətiriblər. Bundan başqa onlar Fransa məhkəməsinin ləğv etdiyi Dostluq Xartiyasının yenidən bərpasını istəyiblər.
Baş verənlərlə bağlı “Sherg.az”a danışan Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov təəssüf hissi ilə bildirib ki, erməni lobbisinin fəaliyyəti Azərbaycanın müstəqilliyinə qarşı yönəldilib deyə Qərbdə olan ölkələr bunu öz maraqları çərçivəsində dərk edə bilmirdilər:
“Lakin getdikcə erməni lobbisi və havadarlarının Azərbaycana qarşı gördüyü işlər məskunlaşdıqları ölkələrin milli maraqlarına zidd çıxmaları demək idi. Ona görə də bu gün Fransa-Azərbaycan münasibətləri yüksək səviyyədə inkişaf edərək hər iki ölkəyə, Avropa və dünyaya beynəlxalq qanun çərçivəsində xeyir gətirir.
Azərbaycanın gücü ondan ibarətdir ki, o öz layihələrini beynəlxalq qanun çərçivəsində təşkil edir. Ermənilər bu əlaqələrə qarşı çıxaraq beynəlxalq qanuna zidd hərəkət edirlər. Onlar beynəlxalq qanuna qarşı çıxaraq Fransanın mövqeyini zəiflədirlər. Ona görə də Fransa öz maraqları çərçivəsində qondarma Dağlıq Qarabağ Respublikası ilə bağladığı müqavilələri və əlaqələri ləğv etdi.
Ölkəmizin apardığı siyasət, Azərbaycan iqtidarının təqdim etdiyi faktlar beynəlxalq qanunlara o dərəcədə xidmət edən bir siyasət kimi qəbul olunub ki, Fransanın içində belə bu məsələlər müsbət həllini tapdı. Təbii ki, ermənilər buna etiraz etməklə faktiki olaraq Azərbaycanla yanaşı Fransaya da qarşı çıxırlar. Ona görə də bu olanlar erməni lobbisinin və havadarlarının zəifliyi kimi qiymətləndirilməlidir.
Bütün bunlar Azərbaycan siyasətinin düzgün və beynəlxalq qanun çərçivəsində həyata keçirilməsinə dəlalət edir. Bu gün ölkəmizin apardığı siyasət Avropanın və dünya ölkələrinin maraqlı olduğunu göstərir. Onlar bizim mövqeyimizi qəbul edərək öz maraqlarını müdafiə edirlər. Ona görə də ermənilərin etirazlarına təəccüblənmək lazım deyil. Nə qədər etirazlar olsa belə, artıq bu məsələlər düzgün istiqamətlənir.Əminəm ki, bundan sonra da bu sahədə daha böyük məsələlər öz həllini tapacaq”.
“Ermənilər buna etiraz etməklə Azərbaycanla yanaşı Fransaya da qarşı çıxırlar”
18:23 18.07.2019
Siyasət
931

Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rumıniya prezidenti istefa verdi
01:47 11.02.2025
Dünya
Azərbaycanda yeni BOKT yaradıldı
01:26 11.02.2025
Cəmiyyət
Zelenski: ABŞ-dəki məsul şəxslər Ukraynaya səfər edəcəklər
00:33 11.02.2025
Gündəm
Təyyarə qəzası: Əliyev tələbində haqlıdır - Şevçenko
00:14 11.02.2025
Gündəm
Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır
23:58 10.02.2025
Gündəm
Berlinin ictimai nəqliyyat işçilərinin tətili davam edir
23:43 10.02.2025
Dünya
BMT Trampın Qəzza əhalisinin məcburi köçürülmə planı ilə razılaşmır
23:22 10.02.2025
Dünya
Bakıya qar anonsu: Bu tarixdə yenidən qar yağa bilər
23:09 10.02.2025
Ekologiya
Konservlər xərçəng yarada bilər - XƏBƏRDARLIQ
22:45 10.02.2025
Sağlamlıq
Məşhur aktyor "Behzat Ç"də - Foto
22:34 10.02.2025
Şou
Qvatemalada avtobus dərəyə aşıb, 51 nəfər ölüb
22:07 10.02.2025
Dünya
Şəhriyar Məmmədyarov ilk oyunda qələbə qazandı
21:54 10.02.2025
İdman
Şamaxıda 27 yaşlı qız dəm qazından boğulub
21:47 10.02.2025
Hadisə
“Zirə” - “Neftçi” oyununda futbol adına əla sonluq
21:39 10.02.2025
İdman
HƏMAS israilli girovları azad etməyi təxirə saldı
21:10 10.02.2025
Gündəm
Türkiyədən xeyli sayda uçuş ləğv olunub
20:47 10.02.2025
Dünya
Üç polkovnikə vəzifə verildi
20:41 10.02.2025
Ölkə