Putin: "İran və ABŞ qarşıdurması Rusiyaya da mənfi təsir edəcək"


Rusiya sərhədləri yaxınlığında ABŞ və İran qarşıdurması ciddi narahatlıq doğurur və İran ətrafındakı vəziyyətin sabitliyini poza bilər.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin səsləndirib.

“Bu bizi çox narahat edir. Çünki hər şeyi bizim sərhədlərimiz yaxınlığında baş verir. Bu, İran ətrafındakı vəziyyətin sabitliyini poza, bizə yaxın əlaqədə olan dövlətlərə təsir edə, əlavə irimiqyaslı qaçqın dalğası yarada, dünya iqtisadiyyatına və energetikasına ziyan vura bilər”, - deyə Putin amerikalı rejissor Oliver Stouna müsahibəsində vurğulayıb.