Ukraynalı nazir Bakıda səs verdi


Ukraynanın gənclər və idman naziri İgor Jdanov ölkəsində keçirilən növbədənkənar parlament seçkiləri ilə əlaqədar Ukraynanın Azərbaycandakı səfirliyində təşkil olunan seçki məntəqəsində səs verib.APA -nın xəbərinə görə, bu barədə İ.Jdanov öz rəsmi "Facebook" səhifəsində məlumat yayıb.Nazir səfirliyə səsverməni təşkil etdiyinə görə minnətdarlığını bildirib: "Öz vətəndaş vəzifəmi yerinə yetirdim. Siz də harada olmağınızdan asılı olmayaraq, səsvermədə iştirak edin və öz şüurlu seçiminizi edin".Qeyd edək ki, bu gün Ukraynada növbədənkənar parlament seçkiləri keçirilir.