Sorğuda gürcülərin Türkiyəni seçməsi Ermənistanı narahat edib 

Gürcüstanda Beynəlxalq Respublika İnstitutu tərəfindən sorğu keçirilib. May ayının 20-dən iyunun 11-ə kimi davam edən sorğuda 1500 gürcü iştirak edib.
"Sherg.az"rəhbəri erməni olan fransızdilli sayt -"armenews.com"a istinadən xəbər verir ki, sorğuya qatılanların 90 faizi qeyd edib ki, Gürcüstan-Ukrayna münasibətləri yüksələn xətt üzrə inkişaf edir. 87 faizi bildirib ki, Gürcüstan daha çox ABŞ və Avrop Birliyii ölkələri ilə müsbət münasibətlərə malikdir. 72 faiz Türkiyə -Gürcüstan əlaqələrinin inkişaf etdiyini söyləyib. 66 faiz Gürcüstanla Ermənistan arasındakı əlaqələrin yaxşı olduğunu ifadə edib. 58 faiz Gürcüstan-Çin münasibətlərini dəstəkləyib. 45 faiz İran-Gürcüstan əlaqələrinin inkişaf etdiyini deyib. Sorğu iştirrakçılarrının 86 faizi Gürcüstan-Rusiya münasibətlərinin kəskin şəkildə pisləşdiyini vurğulayıb. 

Bu barədə yazıda da bildirilir və vurğulanır ki, gürcülərin Gürcüstan-Türkiyə əlaqələrini, Gürcüstan- Ermənistan münasibəətlərindən üstün tutması onların din birliyinə ziddir. Ermənilər də gürcülər də eyni dinə -xristianlığa qulluq edirlər. Amma görünür gürcülər bu faktoru unudurlar. Bundan başqa diqqətə çatdırıblar ki, gürcülər də ermənilər kimi Türkiyənin törətdiyi «soyqırımı»na məruz qalsalar idilər, indi Türkiyəni deyil, Ermənistanı seçərdilər.