“2000-ci illərin əvvəlindən başlayaraq, Amerikanın beyin mərkəzləri və müxtəlif fondları sayəsində keçmiş sovet respublikalarından üçündə - Ukraynada, Gürcüstanda və Qırğızıstanda hakimiyyət çevrilişləri baş verib”.
Bunu “Sherg.az”a açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri, siyasi elmlər doktoru Zaur Məmmədov deyib.
Analitik bildirib ki, sonrakı hadisələr hakimiyyət dəyişikliklərinin əslində həmin ölkələrin xalqlarının yox, Vaşinqtonun maraqlarının reallaşdırılması üçün lazım olduğunu göstərdi:
“Beləliklə demokratiya, azad söz şüarları, rüşvətxorluğa qarşı mübarizə, iqtisadi inkişaf devizləri adı altında Vaşinqton Moskva üzərində 1-0 qələbə çaldı. Ancaq üç ölkənin heç birində nə iqtisadi artım, nə sosial sahədə irəliləyiş oldu.
Əvəzində siyasi sabitsizlik, anarxiya və cəmiyyət daxilində qütbləşmə daha da artdı. Qırğızıstanda hər dəfə kürsüdən uzaqlaşan demokrat liderlərə qarşı məhkəmə hökmləri və həbs qərarları gündəmə gəlir. Ukraynada oliqarxik-banditizm idatəetməsi daha da irəliləyir.
Gürcüstanda isə xalqın bütün mental və milli dəyərləri əllərindən alınır. Yeri gəlmişkən, Ukraynanı faktiki xaosa çevirən Qərb və Rusiya, qarşıdakı iki il ərzində Gürcüstanı daha da betər duruma salacaq. Nəticə etibarı ilə bu gün Qırğızıstan Rusiya oxu ətrafında, Gürcüstan və Ukrayna isə siyasi hakimiyyətdə kimin olmasından asılı olaraq Rus-Amerikan yumruğu altında yaşamaqdadır”.
Politoloqun fikrincə, dünyanın güc mərkəzləri arasında sərt və mürəkkəb mübarizənin getdiyi bir dövrdə Prezident İlham Əliyevin apardığı xarici siyasət əksər dövlətlər üçün örnək rolunu oynaya bilər:
“Region ətrafında baş verən hadisələr bir daha göstərir ki, rəsmi Bakının həyata keçirdiyi müstəqil daxili və xarici siyasət kursu xalqımızın milli maraqlarının reallaşdırılması və dövlətçiliyimizin inkişafını təmin edən ən optimal variantdır. Azərbaycan Qafqaz regionunda və Yaxın Şərqdə mühüm oyunçudur.
Bu, MDB-də yeganə uğurlu çoxvektorlu xarici siyasət aparan dövlət nümunəsidir. Keçmiş SSRİ respublikalarından heç birinə həm Rusiya, həm Avropa İttifaqı və ABŞ-la, həm də İsrail və İranla paralel münasibət qurmaq müyəssər olmayıb. Azərbaycan Şərq-Qərb ticarət, enerji-yanacaq və nəqliyyat-kommunikasiya əlaqələrinin mərkəzində dayanır. Bu mövqe getdikcə güclənir.
Azərbaycan dünyanın həm alternativ enerji təminatçısı, həm də əsas tranzit ölkə kimi qəbul edilir. Məhz ölkəmizin uğurlarının nəticəsidir ki, son aylar ərzində Azərbaycana qarşı müxtəlif xarici vektorlar tərəfindən istər bilavasitə, istərsə də, kiçik qonşularımız vasitəsi ilə artan pressinqin şahidiyik.
Bölgədə və qonşu regionlarda baş verən prosesləri nəzərə alaraq biz bir xalq kimi ayıq olmalıyıq. Həmin güclər bilməlidirlər ki, Azərbaycanda xalq-Prezident arasında olan sıx birlik və vəhdət bu kimi mərkəzlərin arzularını puç edir”.
“...Bu gün Qırğızıstan Rusiya oxu ətrafında yaşamaqdadır” - ŞƏRH
16:09 08.08.2019
Siyasət
891
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Stoltenberq Bilderberq Klubuna rəhbərlik edəcək
04:39 27.12.2024
Siyasət
Öskürəyi kəsən möcüzə resept: 1 xörək qaşığı yetər
03:42 27.12.2024
Sağlamlıq
Putin: Rusiya hələ də Ukraynaya pul ödəyir
03:28 27.12.2024
Dünya
Ukraynanı bu "kompromisə" inandıracaqlar? - Polkovnik
02:40 27.12.2024
Siyasət
Zelenskinin legitimliyi müzakirə predmetidir - ŞƏRH
02:23 27.12.2024
Siyasət
Bəşər Əsəd bənzəri ssenari Liviyada da yaşana bilər - ŞƏRH
02:07 27.12.2024
Gündəm
Baxıb öyrənirlər: Ailə institutlarını dağıdan elə valideynlərdir
01:59 27.12.2024
Gündəm
Qəzzada İsrailin endirdiyi zərbə nəticəsində 50-yə yaxın şəxs ölüb
01:36 27.12.2024
Dünya
Təyyarəmizi vuran "Pantsir-S" sistemi nədir, necə işləyir?
00:19 27.12.2024
Hərbi
Putin: Avropada qazın qiyməti yenidən artacaq
23:56 26.12.2024
Dünya
Əlcəzair Prezidenti başsağlığı verib
23:49 26.12.2024
Gündəm
Vuçiç və Zelenski arasında telefon danışığı baş tutub
23:48 26.12.2024
Siyasət
Azərbaycanda bu dərman apteklərdən yığışdırıldı
23:42 26.12.2024
Sağlamlıq
Xəzərə güllər buraxdılar - Fotolar
23:30 26.12.2024
Gündəm
Türkiyə Bosfor boğazında tranziti bərpa edib
23:22 26.12.2024
Dünya
Tbilisidə aksiya iştirakçıları magistral yolu bağlayıblar - FOTO
23:07 26.12.2024
Siyasət
Bosniya və Herseqovinanın təhlükəsizlik naziri həbs olunub
22:56 26.12.2024
Dünya
Pezeşkian Rusiyaya səfər edəcək
22:49 26.12.2024
Siyasət
Oğuzda 3 maşın toqquşdu: yaralanan var
22:38 26.12.2024
Hadisə
Valeri Zalujni Azərbaycanın Britaniyadakı səfirliyini ziyarət edib
22:04 26.12.2024
Gündəm
SEPAH nümayəndələri Azərbaycana başsağlığı verdilər
21:57 26.12.2024
Siyasət
AZAL təyyarəsi qəzaya uğradı - İsraildən qərar
21:29 26.12.2024
Dünya