Qərbin bəzi qərəzli təşkilatları zaman-zaman ölkələrin daxili işlərinə qarışmaq üçün müxtəlif planlar həyata keçirirlər. Müstəqil siyasət həyata keçirən, iqtisadiyyatını inkişaf etdirən ölkələrə qarşı qərəzli, gizli dairələr həmin ölkələri özlərinə tabe etdirmək üçün müxtəlif texnoloji vasitələrə əl atmaqdadırlar. Hər zaman müstəqil, balanslı siyasət aparan, iqtisadiyyatı güclənən Azərbaycana qarşı da bu dairələr tərəfindən təzyiqlər etməyə cəhdlər göstərilir. Xüsusən də bu qüvvələr Azərbaycanıın torpaqlarını işğal etmiş Ermənistana bağlı, xaricdəki erməni lobbisinin təsiri altında olan dairələrdir.
Azərbaycana qarşı qərəzli olan həmin qruplar niyyətlərinə çatmaq üçün daxildə müəyyən antimilli qüvvələrdən istifadə edirlər. Maliyyə qarşılığında həm daxildəki xırda qruplar, həm də Azərbaycandan gedən bəzi mühacirlər bu məkirli dairələrin əlində alətə çevrilirlər. Təbii ki, müdrik Azərbaycan xalqı hazırkı iqtidarı dəstəkləyir, iqtidarın yanındadır. Ona görə də, qərəzli və məkrli qüvvələrin niyyətləri hər dəfə puç olur.
Məlumatlara görə, hazırda ölkələrin daxili işlərinə qarışmağın, onlara qarşı təbliğat aparmağın, seçki proseslərinə müdaxilə etməyin yeni forması sınaqdan keçirilir. Bunlardan biri də internet televiziyalarıdır. Müxalifəti dəstəkləməyin və maliyyələşdirməyin yeni forması kimi internet televiziyalardan və digər texnologiyalardan geniş istifadə edilir. Ən acınacaqlısı da odur ki, ayrı-ayrı yad və təhlükəli maraqlar naminə Azərbaycana qarşı çirkin yalan və böhtan kampaniyası siyasi mühacir kimi sığınacaq verilmiş azərbaycanlı müxalifət təmsilçiləri tərəfindən aparılır. Yalnız sadəlöhv adamlar düşünə bilər ki, internet TV-lər məhdud maliyyə resursları ilə yaradılır və işlədilir. Sığınacaq tapdığı ölkədə heç bir işlə məşğul olmayan insanın malik olduğu resurslar internet TV işlətmək kimi heç də az vəsait tələb etməyən məşğuliyyətlə adekvat deyil. Həmin adamlara lazımınca maliyyə dəstəyi edilir. Sözügedən TV sahiblərindən biri təkcə reklamına ayda 10 min dollar pul xərcləyir. Sual olunur, axı bir mühacirdə bu qədər pul haradandır? Təbii ki, qaynaq Azərbaycanı istəməyən, əksəriyyəti erməni lobbisinə bağlı dediyimiz məkirli qüvvələrdir.
Söhbət Azərbaycana qarşı geniş təbliğat şəbəkəsinin yaradılmasından gedir. Bu iş Azərbaycanın müxalifətinin bəzi təmsilçilərinin əli ilə həyata keçirilir. Həmişə olduğu kimi, xaricdə çirkli niyyətdə olan qüvvələrin niyyətinə çatmaması üçün, ölkəmizdə xaosun yaranmaması üçün Azərbaycanın bütün sağlam, milli mövqedə dayanan siyasi qüvvələri Azərbaycana qarşı xarici təbliğata və təsirlərə, ilk növbədə isə siyasi proseslərə və seçkilərə müdaxilələrə qarşı vahid cəbhədə birləşməlidirlər. Milli mənafeləri hər şeydən üstün tutan partiyalar, şəxslər siyasi baxışlarından asılı olmayaraq ölkənin suverenliyinə, Azərbaycanın müstəqilliyinə qarşı cıxış edənlərə qəti və layiqli cavab verməli, maraqlı xarici qüvvələr tərəfindən şirnikdirmə, satınalma, şübhəli maliyyələşdirmə yolu ilə Azərbaycan müxalifətinin səbatsız nümayəndələrinin Azərbaycan dövlətinə qarşı çıxmasına imkan verməməlidirlər. Məsələ Azərbaycanın müstəqilliyi məsələsidir, suverenliyi və inkişafı məsələsidir. Təbii ki, bu gün ölkəmizin inkişafını, müstəqilliyini əziz bilən sağlam qüvvələrin hamısı qərəzli dairələrə qarşıdırlar.
Millət vəkili Asim Mollazadə Sherg.az-a deyib ki, Azərbaycana qarşı olan bəzi qüvvələr zaman-zaman informasiya müharibəsi aparırlar, ölkənin daxili işlərinə qarışmağa cəhd göstərirlər. Deputatın sözlərinə görə, ölkəmizin müstəqilliyi və dövlətçiliyimizin qorunması üçün anti-Azərbaycan dairələrə qarşı hər kəs birlik nümayiş etdirməlidir:
“Hazırda dünyada Azərbaycana qarşı informasiya müharibəsi gedir. Bu müharibənin aparılmasında məqsəd dövlətimizi zəiflətmək, ölkəmizin həyata keçirdiyi böyük beynəlxalq layihələrin və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, beynəlxalq hüquq normaları çərçivəsində həllinin qarşısını almaqdır. Eyni zamanda ölkəmizi təsir dairəsinə salmaq niyyəti güdürlər. Bunun arxasında təbii ki, beynəlxalq erməni şəbəkəsi, onların sahibləri, Azərbaycanla layihələrdə özünü rəqib kimi hiss edən qüvvələr durub. Ona görə də sağlam siyasi qüvvələr, QHT-lər, informasiya resursları bu qərəzli qüvvələrə öz etirazını bildirməlidir”.
Anar
Məkrli dairələr hərəkətə keçib: Xalq ölkəmizdə xaos yaratmaq cəhdlərinə imkan verməyəcək
13:03 21.08.2019
Siyasət
738
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xankəndi şəhər məktəbinin müəllimi qəfil öldü
22:52 23.12.2024
Hadisə
Bu tələbələrə vahid tələbə kartı veriləcək
22:35 23.12.2024
Cəmiyyət
Rusiyada Youtube-un trafikində kəskin azalma - SƏBƏB
22:27 23.12.2024
Dünya
Bakıda uçqun baş verib, ölən var
22:17 23.12.2024
Hadisə
Almaniya Gürcüstanla milyonlarla avroluq layihələri dayandırdı
Almaniya Gürcüstanla milyonlarla avroluq layihələri dayandırdı
22:11 23.12.2024
Dünya
Səhiyyə Nazirliyində keçirilən əməliyyatda 6 nəfər saxlanıldı
22:05 23.12.2024
Cəmiyyət
Paşinyan Sarkisyan və Köçəryanı debata çağırdı
22:00 23.12.2024
Siyasət
Sumqayıtda avtomobil piyadanı vuraraq öldürüb
21:51 23.12.2024
Hadisə
Qaqauziya rəhbəri Sandunu prezidenti kimi tanımadı
21:42 23.12.2024
Siyasət
İsraildən Dəməşqə mesaj: Bu ərazilərdən çıxmayacağıq!
21:36 23.12.2024
Dünya
Fikonun Rusiyaya səfəri ölkəni qarışdırdı
21:10 23.12.2024
Siyasət
Bir neçə ölkə Putinlə Trampın görüşünü təşkil etmək istəyir
21:04 23.12.2024
Dünya
"Bakı Metropoliteni" QSC-nin yeni sədri kollektivə təqdim edildi
20:52 23.12.2024
Cəmiyyət
Ayxan Hacızadə ABŞ səfirliyinə cavab verib
20:43 23.12.2024
Siyasət
Siyasi böhrandan yeganə çıxış yolu yeni seçkilərdir - Zurabişvili
20:37 23.12.2024
Gündəm
Netanyahu: İranın "şər oxu"nu məhv edəcəyik
20:32 23.12.2024
Dünya
"WhatsApp" Rusiyada bloklana bilər - TARİX
20:26 23.12.2024
Dünya
İsxak Hersoq Azərbaycan liderinə təbrik ünvanlayıb
20:20 23.12.2024
Siyasət
Türkiyədən yeni sülh təşəbbüsü - İstanbul növbəti görüşə hazırdır
20:13 23.12.2024
Siyasət
Bəzi ərazilərin qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq
20:06 23.12.2024
Sosial