Ərdoğandan Su-57 mesajı: "Danışıqlar aparırıq"

Moskva və Ankara Rusiyadan Su-57 qırıcılarının alınması ilə bağlı danışıqlar aparır.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Danışıqlar aparılır. MAKS-2019-dan sonra Rusiyada bizim nazirliklərin nümayəndələri qalıb və orada işləyirlər”, – deyə Ərdoğan bildirib.