“Partiyamızın iqtidar-müxalifət görüşünə dəvət edilməsi məsələsi İdarə Heyətində müzakirə olunub”.
Bunu “Sherg.az”a açıqlamasında KXCP sədrinin müavini Xəzər Teyyublu deyib.
Partiya təmsilçisi KXCP-nin hansı səbəbdən dünənki görüşə qatılmadığını açıqlayıb:
“Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı bizə dəvət göndərmişdi. Qurum daxilində aparılan müzakirələr nəticəsində belə qənaətə gəlindi ki, KXCP həmin görüşə qatılmasın.
Çünki son zamanlar hakimiyyətin müxalifətə qarşı münasibəti bizi qane etmir. Belə məqamda orada aparılan müzakirələri əhəmiyyətli hesab etmədik. Ona görə də rəhbərliyin sözügedən toplantıya qatılması məqbul görülmədi”.
X.Teyyublu təmsil etdiyi partiyanın görüşdə iştirak etməməsinə rəğmən, bu cür təmasların bir sıra hallarda faydalı olduğunu deyib:
“Dağlıq Qarabağ məsələsində, Azərbaycanın dövlət müstəqilliyinin qorunması istiqamətində siyasi qüvvələr bir masa ətrafında oturmağı bacarmalıdı. Dövlət və Qarabağ problemi hamımızındır.