“İranda keçirilən 51-ci Erməni Olimpiadasında Qarabağdakı qondarma rejimin nümayəndələrinin "müstəqil respublika" kimi iştirak etməsi separtizmə dəstəkdir”.
Bunu “Sherg.az”a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspert bildirib ki, “erməni olimpiadası” Tehranın icazəsi ilə reallaşır:
“Rəsmi Tehran Azərbaycanın ərazi bütövlüyünü tanımasına baxmayaraq, belə bir tədbirlə separtizmə dəstək verməsi yolverilməzdir. İran Qarabağ məsələsində heç vaxt səmimi olmayıb, imkan düşdükcə Ermənistana dəstək verib.
Məhz Şuşada məscidin bərpasını həyata keçirməsi də bunun bariz nümunəsidir. Azərbaycan Xarici İşlər Nazirliyi Tehranda keçirilən “Erməni Olimpiadası”nda Qarabağın "müstəqil" respublika kimi iştirakına icazə verdiyinə görə nota verməlidir.
Tehrandakı səfirimiz bu məsələ ilə ciddi məşğul olmalı, səfir məsləhətləşmələr üçün ölkəyə çağrılmalıdır. Bu məsələdə güzəştə getməməliyik. ABŞ və Qərbin İrana qarşı sanksiyaları yerində verilən qərardır”.