Azərbaycan əsilli deputata İsveçdə böyük vəzifə verildi

İsveç Parlamentinin deputatı Aylin Fazelian İsveç Sosial Demokrat hakim Partiyasının Mərkəzi Komitəsinin üzvü seçilib. Bu barədə diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.

“Azərbaycan türkünün Partiyanın Mərkəzi Komitəsinə üzv seçilməsi böyük uğur hesab edilməlidir. Bu Aylinin partiyada nüfuzunu göstərir. İsveçin siyasi-ictimai və social-mədəni mühitində fəallığı ilə seçilir. Aylin Fazelian bir müddət əvvəl “İsveç Sosial Demokrat Partiyası”nın Göteberq bölgə və ətraf şəhərləri üzrə rəhbəri seçilmişdi. O, hazırda İsveç millət vəkili olaraq xarici işlər komissiyasında çalışır. 2019-cü ildə “Qlobal” Utmaninq Araşdırma Mərkəzi tərəfindən dünyanın ən güclü qadınlarından biri seçilmişdi”.

Qeyd edək ki, Aylin əslən Güney Azərbaycan bölgəsindəndir. Ailəsi 30 il əvvəl İsveçə köçüblər.