Ərdoğan Qaşıqçı cinayətindən yazdı: 15 nəfər qatili, iki təyyarə ilə İstanbula kim göndərib?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Vaşinqton Post” qəzetində, Səudiyyə Ərəbistanından olan journalist Camal Qaşıqçının qətli ilə bağlı  məqalə ilə çıxış edib. 

Sherg.az Ərdoğanın məqaləsini Türkiyə mətbuatına istinadən təqdim edir:

“Vaşinqton post” qəzetində köşə yazarlığı ilə məşğul olan səudiyyəli jurnalist Camal Qaşıqçının öldürülməsi, 11 sentyabr terror hücumlarını saymasaq, 21-ci əsrin ən böyük və mübahisəli hadisəsi sayıla bilər. Çünki, 11 sentyabrdan bu yana heç bir hadisə beynəlxalq aləmi bu qədər təhdid etməyib, dünyanın qəbul etdiyi qaydalara meydan oxumamışdı. Aradan bir il keçməsinə baxmayaraq cinayətlə bağlı bildiklərimizin hələ də sərhədli olması beynəlxalq toplumun üzərində düşünməsi lazım olan üzücü gerçəkdir. Səudiyyəli jurnalistin ölümünün bütün tərəfləri ilə aydınlaşıb, aydınlaşmayacağı uşaqlarımızın necə bir dünyada yaşayacağını müəyyənləşdirəcək. 

Hakimiyyətim ilk gündən etibarən bu məsələdə tam şəffaf siyasət aparıb. Geridə qoyduğumuz bir illik vaxtda kəşfiyyat, təhlükəsizlik təşkilatlarımız, diplomatlarımız və prokurorlarımız məsələni izləyiblər, beynəlxalq ictimaiyyəti məlumatlandırmaq üçün gərəkən addımları atıblar. Bu yöndə Səudiyyə Ərəbistanı ilə yanaşı ABŞ, Rusiya, Almaniya, Fransa və Böyük Britaniyanın da olduğu ölkələrlə əlimizdə olan dəlilləri bölüşdük. Həmçinin BMT-nin xüsusi reportyoru Aqnes Kallamardın araşdırmalarına yardım etdik. Son olaraq Qaşıqçının qatillərinin, qətlin törədildiyi ölkə olaraq Türkiyəyə göndərilməsi üçün Səudiyyə Ərəbistanı ilə müzakirələr apardıq, tələb etdik.

Türkiyənin bu məsələyə baxışı, qanunlara söykənən beynəlxalq düzənin qərarlı dəstəkçisi olmasından qaynaqlanır. Bu səbəbdən də hadisə baş verən ilk gündən etibarən Qaşıqçı cinayətinin sadəcə ölkələrimiz arasında olan məsələ halına gətirilməsinə qarşı çıxdıq. “Vaşinqton Post” yazarını vəhşicəsinə qətlə yetirən qrupla, Kral Salman ibn Abduləziz və Səudiyyə xalqı arasında açıq fərq qoyduq. 
Digər yandan qədim dostluğumuz həqiqətləri söyləməyimizə əngəl deyil. Şünki, “dost acı söylər”.



Camal Qaşıqçını Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda qətlə yetirib, cəsədini parçalara ayıranlar, dövlətlərinə və millətlərinə yox, Səudiyyədə dövlətin içində yuva salmış bir qrupun maraqlarına xidmət edirdi. Bunun əksini düşünsəydik, baş verən hadisəni bizə qarşı ixtilafın olduğu kimi qəbul edərdik. Amma Qaşıqçı cinayətini siyasətin deyil, ədalətin məsələsi olaraq görür, ədalətin isə sadəcə beynəlxalq aləmin və beynəlxalq məhkəmələrin əli ilə təcəlli edəcəyinə inamımızı qoruyuruq. 

Qaşıqçı cinayəti həmçinin “diplomatik toxunulmazlıq” qaydalarının istismar edilməsi səbəbi ilə də narahatlıq yaradır. Qatillərin diplomatic pasportlarla səfər etmələri, diplomatik binanı cinayət məhəlləsinə çevirmələri və Səudiyyə Ərəbistanının İstanbuldakı bir nömrəli diplomatının hadisənin üstünü örtməyə çalışması çox təhlükəli nümunə ola bilər. Bəlkə də, daha təhlükəlisi isə qatillərin öz ölkələrində heç bir cəza almadan adi həyatlarına davam etmələrindədir. 

Səudiyyə Ərəbistanında davam edən istintaqla bağlı sualların olduğu sir deyil. İstintaq müddətinin şəffaflıqdan uzaq şəkildə aparılması, məhkəmələrin bağlı qapılar arxasında keçirilməsi və şübhəlilərin qeyri-rəsmi olaraq sərbəst buraxıldıqları haqqında iddialar, beynəlxalq ictimaiyyətin gözləntilərini boşa çıxardığı kimi, Səudiyyə Ərəbistanının da imicini korlayacaq. Səudiyyə dostumuz və müttəfiqimiz olduğu üçün, bunu əsla istəmirik. 

Bu şəffaflıq azlığının beynəlxalq təhlükəsizlik əsas gətirilərək istifadəyə çalışıldığını görürük. Terrorçuların ədalətə təslim edilməsi üçün bütün imkanların səfərbər edilməsi başqa bir şey, günahsız insanların siyasi baxışları səbəbindən öncədən planlaşdırılaraq qətlə yetirilməsi isə başqa bir şeydir. Nasist müharibə günahkarı Adolf Eyçmanın qaçırılaraq ədalətə təslim edilməsi örnək göstərilə bilər. Qaşıqçı cinayətinin əsalət mübarizəsinə hansısa şəkildə xidmət etdiyini iddia etmək isə gülünc olacaq.



Türkiyə olaraq önümüzdəki dövrdə də Qaşıqçı cinayətinin aydınlaşması üçün mübarizə aparacağımıza söz veririk. Keçən il yenə bu qəzetdə yayımlanan məqaləmdə ortaya atdığım sualları yenə soruşmağa davam edəcəyik. Camal Qaşıqçının cmeyiti hardadır? Səudiyyəli jurnalistin ölüm fərmanını kim imzalayıb? Aralarında bir ədliyyə tibb mütəxəssisinin də olduğu 15 nəfər qatili, iki təyyarə ilə İstanbula kim göndərib?

Belə bir cinayətin bird aha dünyanın heç bir yerində törədilməməsi həm Türkiyənin həm də insanlığın marağındadır. Cinayətlərin cəzasız qalmaması üçün mübarizə aparmaq bunu ən asan yoldur. Bu, Camalın ailəsinə borcumuzdur.