Rusiya Prezidenti Vladimir Putinin İrəvana səfəri heç də sakit qarşılanmayıb.
Axar.az xəbər verir ki, Putinin gəlişi ilə əlaqədar İrəvanın Baqramyan küçəsində - hakimiyyət binası yaxınlığında aksiya keçirilib.
Aksiyaçılar Rusiya, Belarus, Qazaxıstan və Tacikistandakı siyasi məhbusların azad edilməsini tələb ediblər. Aksiyanı hüquq müdafiəçisi Nina Karapetyan və Helsinki Assambleyası ofisinin rəhbəri Natalya Martirosyan təşkil edib.
Karapetyanın sözlərinə görə, aksiya vasitəsilə onlar siyasi məhbuslara dəstəklərini nümayiş etdirib, Rusiyanın “Putin diktaturası”ndan xilasını istəyiblər.
Qeyd edək ki, bu gün Rusiya Prezidenti Vladimir Putin İrəvana gedib. O, İrəvanda Avrasiya İttifaqı Ali İqtisadi Şurasının iclasında iştirak edir.