Ümumilli lider Heydər Əliyevin hakimiyyətə ikinci dəfə gəlişinin 26-cı ili tamam olur.
1993-cü il oktyabr ayının 3-də keçirilən prezident seçkilərində Heydər Əliyev xalqın böyük əksəriyyətinin etimadını qazanaraq 98.84 səslə prezident seçildi.
Ulu Öndərin hakimiyyətə gəlişi, fəaliyyəti ilə bağlı Sherg.az-a danışan millət vəkili Adil Əliyev deyib ki, ilk vaxtlardan etibarən ümummilli liderin bünövrəsini qoyduğu və yürütdüyü uzaqgörən siyasətin nəticəsidir ki, bu gün ölkəmiz bütün sahələrdə inkişaf edib, tərəqqiyə nail olunub, Avropaya sürətlə inteqrasiya gedir:
"Azərbaycan xalqının çox çətin bir dövründə Ulu Öndərin ikinci dəfə hakimiyyətə gəlməsi Azərbaycan milləti, Azərbaycan dövləti üçün böyük uğurlara yol açdı. Ümumilli lider Azərbaycan xalqının ictimai-siyasi həyatında mühüm rol oynayıb. Onun ideyaları, söylədiyi müdrik fikirləri bu gün də yaddaşlardadır. Əlbəttə, Heydər Əliyev gələcəkdə də unudulmayacaq, daim yaddaşlarda qalacaq”.
Kənan Novruzov