Mamontov: "Putinin İlham Əliyevlə dostluğu təsadüfi deyil"

Postsovet məkanında mövcud reallıqları nəzərə alaraq Rusiya və Azərbaycan cəmiyyətlərinin ehtiyaclarına necə uyğundur?

Sherg.az Oxu.az-a istinadən Rusiya Televiziyası Akademiyasının üzvü, ən məşhur rus jurnalistlərindən biri, televiziya aparıcısı, bir çox sənədli filmin müəllifi Arkadi Mamontovun Media.az-a müsahibəsini təqdim edir:

- Hesab edirəm ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında informasiya mübadiləsi olduqca vacibdir, ancaq bunun daha yaxşı olması zərurəti yaranır.

- Bəs nə çatmır?

- Əlbəttə ki, bizim üçün Rusiyada müasir Bakı sakinlərinin necə yaşadığını bilmək çox yaxşı olardı. Mənə şəxsən hazırda Azərbaycan kinematoqrafiyasının necə inkişaf etdiyini bilmək maraqlıdır.

Azərbaycan haqqında nə deyirlər (Rusiyada – red.)? Hər şeydən əvvəl sizin gözəl prezidentiniz İlham Əliyevdir, o, güclü fiqur və böyük siyasətçidir. Bizim prezidentimiz Vladimir Putinin İlham Əliyevlə dostluq etməsi təsadüfi deyil. Onlar eyni fikirlidirlər. Başqa məqam: hər kəs yayda Bakıda keçirilən “Jara” festivalı haqqında bilir. Meyvə və tərəvəzlər isə xüsusilə dadlıdır.

Mənə, misal üçün, azərbaycanlı rejissorlar tərəfindən çəkilən Bakı haqqında sənədli filmi görmək maraqlı olardı. Müstəqillik dövründə şəhərdə nələrin dəyişdiyini bilmək istərdim. Deyilənə görə, Bakı Şərqin əsl mirvarisinə çevrilib.

Həmyerlilərimizin necə yaşadığını demək maraqlı olardı. Yeri gəlmişkən, bilirəm ki, azərbaycanlıların böyük hissəsi rus dilində ləhcəsiz danışırlar. Bu, əladır. Bakı beynəmiləl şəhərdir, ötən əsrin 90-cı illərində orada olmuşam. Məndə çox xoş xatirələr qalıb. Ona görə də Rusiya telekanallarında belə filmlər yayımlansa, çox yaxşı olar.

Əvvəllər - Sovet İttifaqı dövründə sənədli film sistemi və müttəfiq film studiyaları var idi: Bakıda, Kiyevdə, Minskdə və başqa yerlərdə. Hər bir kinostudiya təmsil etdiyi respublikanın həyatı ilə bağlı bir sıra sənədli filmlər təqdim edirdi. İnsanlar bir-biri ilə bağlı idi. Bu, digər respublikaların nümayəndələrinə, beynəlmiləlçiliyə, bir-birinin adət və mədəniyyətinə hörməti artırırdı. İndiki kimi gərginlik yox idi. Moskva, Novosibirsk, İrkutsk və başqa şəhərlərdəki həyat haqqında rus filmlərini göstərmək maraqlı olardı.

Azərbaycan və Rusiya telestudiyaları arasında mübadilə lazımdır. Belə deyək, Azərbaycan kanalında Rusiya, Rusiya telekanlında isə Azərbaycan haqqında verilişlər yayımlansın.

- Əgər sizi Bakıda hansısa layihəni reallaşdırmaq üçün dəvət etsəydilər, gələrdiniz?

- Əlbəttə, böyük məmmuniyyətlə gələrdim. Əsas məsələ tarixin müəyyən olunması ilə bağlı olar (gülür – red.)

- Bəzən Rusiya ilə Azərbaycan arasında informasiya əməkdaşlığını dərinləşdirmək üçün hər iki ölkəni birləşdirəcək ciddi bir media quruluşu yaratmaq lazım olduğu ilə bağlı fikirlər səslənir.

- Bilirsiniz, bütün bunlarla bağlı ölkələrimizin rəhbərlikləri səviyyətində qərar qəbul olunur. Ancaq əlbəttə ki, Rusiya və Azərbaycandan çarpaz xəbərlər verən və çox yüksək səviyyədə televiziya körpüləri təşkil edəcək güclü bir Rusiya-Azərbaycan xəbər agentliyinin yaradılması maraqlı olardı.

Rusiya və Azərbaycan müxtəlif və müstəqil dövlətlərdir. Mən hər hansı birləşməyə çağırmıram. Ancaq biz qonşuyuq, bir-birimizlə iqtisadi cəhətdən bağlıyıq. Bir ölkənin tərkibində olmuşuq və bunu yaşlı nəsil xatırlayır. Mədəni, informasiya əlaqələrini kəsmək olmaz. Bu, ola biləcək çətin illərdə hamımızı ayaqda saxlaya bilər.