Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə görüşüb.
Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, prezidentlərin görüşü "Valday" beynəlxalq diskussiya klubunun 16-cı toplantısı çərçivəsində baş tutub.
Görüşdə iki ölkə arasında münasibətlər və iqtisadi perspektivlər müzakirə olunub.
"Bizim şəxsi əlaqələrimizdə fasiləyə baxmayaraq, ölkələrimiz arasında münasibətlər uğurla inkişaf edir. Ticari-iqtisadi əlaqələr möhkəmlənir, ölkələr arasında ticarət dövriyyəsi ötən il 2,5 milyard dollar alıb", - deyə Putin vurğulayıb.
Rusiya prezidentinin fikrincə, bu istiqamətdə ölkələrin çox yaxşı perspektivləri var: “Müəllifi Azərbaycan prezidenti olan planları nəzərdə tuturam. Biz isə bu konkret böyük layihələrin reallaşması üçün bizdən asılı olan hər şeyi edirik”.
O, vurğulayıb ki, bu layihələrin üzərində ikitərəfli hökumətlərarası komissiya da işləyir: “Digər istiqamətlər üzrə münasibətlərimizin necə inkişaf etməsinə dair informasiya mübadiləsi aparmağımıza ehtiyac var. Ümid edirəm ki, bu bizə müfəssəl olacaq və siz maraqlı ümumi diskussiyanı hiss edəcəksiniz”.