Erməni mətbuatı İlham Əliyevin qələbəsindən yazdı:«Paşinyana tutarlı cavab...»


Azərbaycan Prezidentinin erməni baş nazirə cavabını dünyanın bilim adamları və siyasilərinin qatıldığı bir platformadan bəyan etməsi daha effektiv addım oldu


Ermənistanda müxalifət mediası hökumət tərəfdarlarının hücumuna məruz qalıb. 

«Sherg.az» «armenews.com»a istinadən xəbər verir ki, baş nazir Nikol Paşinyanın aktivist tərəfdarları Paşinyan hakimiyyətini açıq şəkildə tənqid edən müxalif mövqeli « Hayeli.am » saytının ofisinə hücum çəkiblər. Bu 4 gənc hətta adıçəkilən media quruluşunun ofisini yumurta atəşinə tutublar. Üstəgəl, onlar üzərinə həmin saytın nüfuzunu aşağılayan sözlər yazılmış plakatalar qaldırıblar. Erməni gənclər «Hayeli.am»ı Azərbaycan tərəfdarı olmaqda və ya Azərbaycanın lehinə işləyən məlumatlar tirajlamaqda ittiham ediblər. 

Bildiriblər ki, sözügedən saytın dərc etdiyi yazıda Azərbaycan Prezidenti İlham Əliyevin Soçidə  « Valday» beynəxalq diskusiya klubunda səsləndirdiyi «Qarabağ Azərbaycandır və nida işarəsi» bəyanatına diqqət çəkilib.

Və bu, Nikol Paşinyana vurulan sərt bir şillə kimi dəyərləndirilib. Bundan başqa sayt yazır ki, bu ilin avqust ayının əvvəlində Nikol Paşinyanın Xankəndinə gedərək «Dağlıq Qarabağ Ermənistandır və nöqtə» deməsi olduqca yersiz, məntiqsiz və qeyri-konstruktiv bir addım idi.

Çünki Prezident İlham Əliyevin N.Paşinyana cavabını daha geniş auditoriyadan, dünyanın bilim adamları və siyasilərinin qatıldığı bir platformadan bəyan etməsi daha tutarlı və effektiv bir addım oldu.

Həmçinin sayt yazır ki, Azərbaycan prezidenti İlham Əliyevin N.Paşinyana cavabı vaxt baxımından qismən geciksə də, çox güclü bir cavab oldu. Yəni cavab gec oldu, amma güc oldu.   Ona görə də, N.Paşinyan indi Xankəndində buraxdığı səhvin cəzasını çəkir. Saytın bu yazısı N.Paşinyan tərəfdarlarının ciddi narazılığına səbəb olub. Onlar  “Hayeli.am»ın buna hüququnun çatmadığını iddia ediblər.