NATO-nun baş katibindən Türkiyəyə ÇAĞIRIŞ: « Regionda stabilliyin pozulması... »

 
Hazırda Ankarada səfərdə olan NATO baş katibi Yens Stoltenberq Türkiyənin Suriyanın şimal-şərqində PKK, PYD və YPG silahlı qruplaşmalarına qarşı başlatdığı əməliyyatlara münasibət bildirib.
 
«Sherg.az» « Lefigro.fr»ə istinadən xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransı  keçirən baş katib Türkiyəni təmkinli davranmağa çağırıb:

«Türkiyənin təhlükəsizlikləri ilə bağlı qanuni narahatlıqlarına baxmayaraq biz Ankaradan təmkinli davranış gözləyirik.

Və mən bu əməliyyatın regionda stabilliyin pozulmasına səbəb ola biləcəyi ilə bağlı ciddi narahatlıqlarımı Türkiyə tərəfinə çatdırmışam».